Mobil versiya
Koronavirusla bağlı Cəlilabad xəstəxanasına yerləşdirilənlərin sayı 52 nəfərə çatdı
Tarix: 26-02-2020, 14:54 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Koronavirusla bağlı Cəlilabad xəstəxanasına yerləşdirilənlərin sayı 52 nəfərə çatdı


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirus təhlükəsilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərlə bağlı növbəti birgə məlumat yayıb.

aia.az-a daxil olan birgə məlumatda bildirilir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına bu gün həkim müayinəsi üçün daha 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

aia.az



582 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}