Mobil versiya
Çindən Ankaraya təxliyyə edilən azərbaycanlılar Bakıda - YENİLƏNİB
Tarix: 15-02-2020, 16:30 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çindən Ankaraya təxliyyə edilən azərbaycanlılar Bakıda -


Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı vətənə qayıdıblar.

Reportxəbər verir ki, vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara-Bakı təyyarəsilə gəliblər.

14:56

Çin Xalq Respublikasının Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları fevralın 15-də həmin xəstəxananı tərk ediblər.

AZƏRTACxəbər verir ki, təxliyyə olunan vətəndaşlarımız xəstəxananı tərk edəndən sonra Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsini ziyarət ediblər.

Ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları Ankarada fəaliyyət göstərən Buta Bakı Azərbaycan Tanıtma Evində həmvətənlərimizlə görüşüblər.

Görüşdə Çindən qayıdan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər.

Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.

Çindən təxliyyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.

Qeyd edək ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.



aia.az



591 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}