Mobil versiya
İqtidar və müxalifətdən Əli İnsanova reaksiya: YAŞLILAR PARTİYASIDIR
Tarix: 28-01-2020, 09:36 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

İqtidar və müxalifətdən Əli İnsanova reaksiya:


Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyasının təsis konfransı keçirilib. Konfransda partiyanın idarə heyəti formalaşdırılıb və Əli İnsanov sədr seçilib.



Haqq Ədalət Partiyası təsis ediləndən bu günə qədər ortalığa böyük iddialar qoymuşdu. Hətta bu iddialarla danışsaq, partiya Azərbaycan müxalifətində ən nüfuzlu, güclü partiyaya çevriləcək.



Bəs bu duruma iqtidar və müxalifət partiyalarının baxışları necədir?



Bu barədə Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Əli İnsanovun vaxtilə YAP sıralarında olduğunu xatırladıb:



“Ona etimad göstərilib, nazir vəzifəsinə, partiyanın rəhbər heyətinə təyin edilib. Amma o bu etimadı doğrultmadı. O nə partiya üzvü kimi, nə də hökumət üzvü kimi yüksək postlara layiq olmadığını göstərdi. Korrupsiya, hökmranlıq iddiası istənilən fərqli fikirə dözümsüzlük, yeniləşməyə qarşı çıxmaq, partiya prinsiplərinə sayğısızlıq – bütün bunlar onun partiyadan çıxarılmasına, vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu. O, indi yeni imiclə özünü tanıtmağa çalışır. Amma Azərbaycan cəmiyyətinin yaddaşı yaxşıdır. O, YAP-ın üzvü, səhiyyə naziri vəzifəsində olanda mətbuata qarşı aqressiv hücumları, vətəndaşların hüquqlarını şəxsən özünün mütəmadi pozması heç kimin yadından çıxmayıb. Hesab edirəm ki, bir qrup ya aldanmış, ya da Əli İnsanov kimi insandan ibarət partiyadan hər hansı perspektiv gözlənilmir”.



Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Azərbaycanda haqq, ədalət öz yerini tapacaq. Ancaq Haqq Ədalət Partiyası iləmi tapacaq – bu, mənim üçün müəmmalıdır” – şəklində mövqe bildirib. O qeyd edib ki, cəmiyyət yeniliyə, gəncləşməyə, kreativ ideyalara doğru gedir:



“Adıçəkilən partiya isə daha çox yaşlılardan ibarətdir. Bizim Ağsaqqallar Şurasında da yaşlı üzvlərimiz var. Amma biz həm də o cəhətdən şanslıyıq ki, gənc üzvlərimiz də kifayət qədərdir. Yarananda hər bir partiya iddialı şəkildə meydana atılır. Ortalığa bir iddia qoyulursa, onun reallaşıb-reallaşmamasını zaman göstərəcək”.

aia.az



578 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
30-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}