Mobil versiya
Aqiyə Naxçıvanlı Oğuz rayonunun Zərrab kənd orta məktəbində görüş keçirib - FOTOLAR
Tarix: 25-01-2020, 17:02 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqiyə Naxçıvanlı Oğuz rayonunun Zərrab kənd orta məktəbində görüş keçirib


Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd xanım Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz rayonunun Zərrab kənd orta məktəbində olmuşdur. O məktəbin təlim-tədris prosesi ilə maraqlanmış, sinif otaqlarında olmuş, müəllimlərlə görüşərək onların rəy və təkliflərini dinləmişdir. Namizədə bildirilmişdir ki, məktəbin həyətində ibtidai təhsil məqsədi ilə 5 yeni sinif otağı tikilmiş olsa da bu tədris prosesi zamani ehtiyacları tam ödəmir. Çünki tədris ocağının əvvəl tikilmiş hissəsi artıq qəzalı vəziyyətə düşmüşdür. Bundan başqa məktəbin ərazisi çox kiçik olduğundan idman meydançası belə yoxdur. Namizəd məsələnin ciddiliyini nəzərə alaraq yaxın zamanlarda Zərrab kənd tam orta məktəbinin yeni layihə əsasında yenidən tikilməsi üçün aidiyyəti orqanlara müraciət edəcəyini bildirmişdir.

Zərrab kəndindən birbaşa seçki qərargahına gələn xanım Aqiyə Naxçıvanlı qərargah üzvləri ilə toplantı keçirmişdir. Toplantıda çıxın edən namizədin vəkili Emin Əzimli təbliğat-təşviqat kampaniyası başlayan gündən bugünədək görülən işlərin hesabatını vermiş, bundan sonrakı planlar barədə danışmışdır. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov təşviqat kompaniyası zamanı qarşıya çıxan və nəzərə alınmalı yeni detalların olduğunu söyləyərək təbliğat işlərində qeyd olunanların təbliğat plana daxil edilməsini təklif etmişdir. Daha sonra qərargahın digər üzvləri komanda ilə təklif və rəylərini paylaşmışlar. Sonda çıxış edən deputatlığa namizəd Aqiyə Naxçıvanlı qərargah üzvlərinə müasir informasiya texnologiyalarından istifadə etməklə seçki taktikasını daha mükəmməl və diqqətli aparmağı, hər xırda nüansı nəzərə almağı tövsiyə edərək təşviqat kompaniyasında ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün göstərdiyi yolu əsas götürməyi tapşırmışdır.

Qərargahın iclası bitdikdən sonra Aqiyə Naxçıvanlı Oğuz rayonundan olan bir qrup gənci qəbul etmişdir. Hansı ki, bu gənclər Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “İntellektual Klubların II Gənclər Kuboku” intellektual çoxnövçülük turnirinin regionlar üçün seçim mərhələsində iştirak etmiş və 160 komanda arasından ilk 15-yə düşən “Oğuz komanda”sının üzvləri olmuşdur. Səmimi münasibətlər fonunda keçən görüşdə Aqiyə xanım onların fəaliyyətini izlədiyini və nailiyyətlərinə sevindiyini bildirmiş, komandaya uğurlar arzulamışdır.

aia.az













5280 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
30-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}