Mobil versiya
İŞİD-in yeni lideri bəlli oldu
Tarix: 21-01-2020, 10:05 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya | çapa göndər

İŞİD-in yeni lideri bəlli oldu


“The Guardian”ın yaydığı xəbərə görə, İŞİD-in yeni lideri İraqlı türkmən Əbdülrəhman əl Mavli Əl Səlbidir.

Nəşr iddia edir ki, Əbubəkr əl Bağdadinin öldürülməsindən sonra o, terror qruplaşmasının başına keçib.

Xəbərdə Əl Səlbinin “İraq Türkmən Cəbhəsi”nin Türkiyə təmsilçisi Adil Səlvinin qardaşı olduğu və İŞİD-in lideri olana qədər əlaqə saxladıqları bildirilir.


Qeyd edilir ki, ötən il ABŞ-ın hücumundan sonra İŞİD-in öldürülən lideri Əl Bağdadidən sonra, yeni liderin Əbu İbrahim əl Haşimi Əl Qüreyşi olduğu açıqlanmışdı. Lakin sonradan bu adın şərti olduğu məlum olub.

Əl Səlbinin İŞİD-in yaradıcılarından olduğu və hər zaman verilən qərarlarda rolu olduğu vurğulanır.

ABŞ Xarici İşlər Nazirliyi Bağdadinin öldürülməsindən sonra Səlbinin başına beş milyon dollar mükafat təyin edib.

aia.az



5144 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}