Mobil versiya
Türkiyə əhalisi həmişəki kimi Azərbaycanı ən etibarlı dost ölkə hesab edir – SORĞU
Tarix: 16-01-2020 | Saat: 11:58
Bölmə:Siyasət | çapa göndər

Türkiyə əhalisi həmişəki kimi Azərbaycanı ən etibarlı dost ölkə hesab edir –


Türkiyə əhalisinin 56,5 faizi Azərbaycanı ölkənin ən etibarlı dostu hesab edir.

Trend-in məlumatına görə, bu barədə Kadir Has Universitetinin 2019-cu ilin yekunlarına görə keçirdiyi sorğunun nəticələrində deyilir. Bununla yanaşı, rəyi soruşulanların 43.5 faizi Özbəkistanı da Türkiyə üçün dost və müttəfiq ölkə hesab edir.

Sorğuya əsasən, rəyi soruşulanların 64,5 faizi ABŞ-ı Türkiyə üçün ən böyük təhlükə kimi görür.

Bundan başqa, respondentlərin 45 faizi Türkiyəni İslam ölkəsi, 17,6 faizi dünyəvi və Avropa ölkəsi hesab edir.

Əhalinin 51,1 faizi düşünür ki, Ankara Avropa İttifaqına qoşulmaq üçün danışıqlar aparmalıdır.

Qeyd edək ki, 2018-ci ilin yekunlarına görə də Azərbaycan Türkiyədə ən etibarlı dost ölkə hesab edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024