Mobil versiya
Məcburi köçkün “Avrasiya” klinikasını anasının ölümündə təqsirləndirir - Həkimdən AÇIQLAMA - VİDEO
Tarix: 25-12-2019, 18:02 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Məcburi köçkün “Avrasiya” klinikasını anasının ölümündə təqsirləndirir -


Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”nin sakini Xuraman Rəsulova iddia edir ki, onun anası Gülbadam Musayeva “Avrasiya” klinikasının səhlənkarlığı nəticəsində dünyasını dəyişib.



X. Rəsulova bildirib ki, bu il sentyabr ayının 28-də sözügedən klinikada G. Musayevanın ürəyinə kardiostimulyator (ürək ritmini tənzimləmək üçün tibbi cihaz) yerləşdirilib:



“Anam sentyabr ayından təngənəfəs olurdu. Apardıq onun qarın boşluğunu və mədə-bağırsağını yoxlatdıq. Həkim dedi ki, heç bir problem yoxdur, hər şey qaydasındadır. Ancaq həkim bildirdi ki, onun ürəyini də yoxlatdırmaq lazımdır. Bunun üçün də mütləq ürəyin ultrasəs müayinəsi çıxarılmalıdır. Müayinədən sonra həkim bildirdi ki, anamın ürəyində ritm pozğunluğu var və buna görə də onun nəbzi və təzyiqi də normal deyil. Hətta o durduq yerdə keçinə də bilər. Ona görə mütləq ürəyə kardiostimulyator (ürək ritmini tənzimləmək üçün tibbi cihaz) yerləşdirilməlidir. Biz də “Avrasiya” Klinikasına müraciət etdik. Kardioloq-aritmoloq Günay Rəhimova bizə dedi ki, istəyirsinizsə ananızı dərhal əməliyyat edə bilərik, çünki onun vəziyyəti yaxşı deyil. Razılaşdıq. Əməliyyat üçün xəstəxanaya 2 min manat ödədik. Sentyabr ayının 28-də anam əməliyyat edildi. 3 saat yarımdan sonra əmliyyatdan çıxdı. Özünə gəldikdən sonra dedi ki, artıq təngənəfəsliyim gedib, özümü yaxşı hiss edirəm. Əməliyyatdan sonra Günay həkim mənə dedi ki, kardiostimulyator cihazına görə 3500 manat da ödəməlisiniz. Biz də dedik ki, ona gücümüz çatmır, 3 min verə bilərik. Razılaşdılar. Biz həmin 3 min manatı qəbz almadan, əldən verdik. Cihazın qutusunu da bizə verdilər. Əməliyyatdan bir gün sonra anamı evə gətirdik və həkimin dediyi bütün dərmanları aldıq”.

O deyir ki, G. Musayevanı bir aydan sonra yenidən xəstəxanaya aparmalı olublar: “Bir aydan sonra anamın ürəyi bulandı və mənə dedi ki, elə bil cihaz yerindən tərpəndi. Mən də Günay həkimlə əlaqə saxladım və vəziyyəti ona bildirdim. O isə bildirdi ki, belə bir şey mümkün deyil, aparın mədə-bağırsaq həkiminə. Mən də mədə-bağırsaq həkimi ilə əlaqə saxladım. O da dedi ki, xəstəni aparın cihazı qoyan həkimin yanına. Mən növbəti dəfə Günay həkimlə əlaqə saxladım. Günay həkim mənə dedi ki, “bezdirməyin”. O bildirdi ki, xəstəni buraya gətirməyin və telefonu söndürdü. Mən də təcili tibbi yardıma zəng vurdum. Onlar gəldilər və anamın təzyiqini normala salmaq üçün iynə vurdular. Sonra onun vəziyyəti bir az düzəldi. Amma yenə də ürəyi bulanırdı. Bir gün sonra ürəkbulanmasına görə təcili tibbi yardıma müraciət etdik və anamı “Semoşka”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardıq. Əvvəlcə onlar anamı xəstəxanaya qəbul etmək istəmirdilər. Mən onlara media nümayəndələrini çağıracağımı dedikdən sonra anamı xəstəxanaya qəbul etdilər və onun təzyiqini yoxladılar. Daha sonra onu reanimasiya şöbəsinə yerləşdirdilər. Həkimlər bizə bildirdilər ki, onun vəziyyəti hazırda yaxşı olsa da hər an pisləşə bilər. Ondan sonra bir müddət o xəstəxanada qaldı. Biz həmin müddətdə anama baxması üçün oradakı həkimlərə pul verirdik. Noyabr ayının 24-də isə anam qəflətən dünyasını dəyişdi. Heç bir pul mənim anamı geri qaytara bilməz artıq amma, bizim minlərlə manat xərcimiz çıxsa da anam yaşamadı”.

X. Rəsulova iddia edir ki, xəstəxanadan verilən sənəddə ölüm səbəblərindən biri kimi, “Avrasiya” klinikasında ürəyə yerləşdirilən ritm tənzimləyici göstərilir: “Bir həftədən sonra mən Günay Rəhimovaya zəng vurub anamın rəhmətə getdiyini bildirdim. O isə mənə dedi ki, sənin anan ürək xəstəliyindən dünyasını dəyişməyib. Amma xəstəxananın bizə verdiyi sənəddə ölüm səbəblərindən biri olaraq anamın ürəyinə yerləşdirilən cihaz göstərilirdi. Halbuki həkimlər bizə 12 il zəmanət vermişdilər. “Avrasiya” klinikasından bizə bildirmişdilər ki, ürəyə qoyulan cihaz iki ay müddətinə oturacaq yerinə. Amma heç iki ay tamam olmamış anam dünyasını dəyişdi. Mən borc-xərclə o qədər pul toplayıb anamı əməliyyat etdirmişdim ki, o yaşasın. Amma heç bir xeyri olmadı. İndi o həkimlər də pulu qaytarmaq istəmirlər. Həm də ki, qaytarsalar da, bu anamı geri gətirməyəcək. Azərbaycanda həkimlər ancaq alacaqları pulu fikirləşirlər. İki ildir ki, yoldaşım da rəhmətə gedib. Mən iki övladımla birgə anamla yaşayırdım, dərdimi onunla bölürdüm. O da aldığı pensiya ilə bizə dəstək olurdu. Mən onsuz yaşaya bilmirəm”.



Məsələ ilə bağlı Gülbadam Musayevanı əməliyyat edən “Avrasiya” klinikasının kardioloq-aritmoloqu Günay Rəhimova ilə əlaqa saxladıq. O bildirdi ki, G. Musayevanın ölüm səbəbi zəhərlənmədir: “Həmin o qadın qrip zəhərlənməsindən ölüb. Əlimdə də kağızı var. Qrip olub, ayaqişləmə və qusmaya girib. Xəstə gedib “Semoşka”ya. Orada ölümə səbəb kimi hipovolemik şok və buna səbəb olan xəstəlik kimi isə qastroenterit, yəni mədə-bağırsaq pozuntusu göstərilib. Bunu da hamı bilir. Onlar da heç bir yerə müraciət edə bilmirlər. Qadın zəhərlənmədən dünyasını dəyişib”.


G. Rəhimova ölümün baş verməsinə təsir etmiş amillərin içində kardiostimulyator implantın yazılmasını isə belə izah edib: “Normaldır, çünki, orada üçüncü səbəb olaraq dünyasını dəyişmiş insanın yanaşı xəstəlikləri də göstərilməlidir. Ölümün baş verməsinə təsir etmiş amillərin içində şəkərli diabet də yazılıb, getsin onda o sahə üzrə olan həkimin yaxasından yapışsın ki, mənim anam niyə dünyasını dəyişib”.

O qeyd etdi ki, xəstə yaxınlarını şər və böhtana görə məhkəməyə verəcək: “Xəstə ölməmişdən təxminən 10 gün öncə mənim müayinəmdə olub və ürəyində heç bir problem olmayıb. Ürəyə qoyulan cihazdan bu qədər danışmaqlarının səbəbi odur ki, burada pul var, onu almaq istəyirlər. Bu insanları yaxın müddətdə mən özüm məhkəməyə verəcəm, çünki onlar bilirlər ki, o qadın zəhərlənmədən ölüb. Hipovolemik şok o deməkdir ki, bədən susuz qalıb. Buna səbəb kimi isə qastreinterid göstərilir, yəni mədə-bağırsaq pozuntusu. Artıq belə olan halda bizim onlara pul qaytarmağımızdan söhbət gedə bilməz”.

Həkim bildirib ki, ürəyə yerləşdirilən kardiostimulyator xəstənin yalnız ürəyinin sağlamlığına zəmanət verir: “Bizim ürəyə yerləşdirdiyimiz cihaz xəstənin yalnız ürəyinin sağlamlığına 12 il zəmanət verir. Axı xəstənin ölüm səbəbi ürəyi deyil”.

G. Rəhimova sözügedən cihazın qəbz olmadan satılmadığını bildirib və xəstə yaxınlarının bu qəbzi tələb etmədiklərini iddia edib: “Satılan cihazın qəbzinə gəldikdə isə, o qəbzi özləri xəstəxanadan tələb etməli idi. Xəstə yaxını öz hüquqlarını bilməli idi və yaxınlaşıb deməli idi ki, mənə bu cihazı satmısan, qəbzi ver. Ona verilən qəbz hazırda da xəstəxanadadır”.Yeniavaz

aia.az





5110 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
05-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}