Mobil versiya
Sürüşmə baş verən Bibiheybət yolu nə zaman açılacaq? - AÇIQLAMA
Tarix: 25-12-2019, 16:08 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Sürüşmə baş verən Bibiheybət yolu nə zaman açılacaq? -


Yeni il ərəfəsində Bibiheybət yolunun ən azı iki hərəkət zolağının nəqliyyat vasitələrinin istifadəsinə verilməsini planlaşdırırıq.

Bunu APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bibiheybət yolunda AAYDA tərəfindən yamacın bərkidilməsi, bərpa işlərinin aparılması, mövcud yolun yenidən qurulub istismara verilməsi istiqamətində işlər davam etdirilir:

“Buna paralel olaraq yamacda bərkitmə işləri, istinad divarlarının tikintisi üçün yamacın aşağı hissəsində iki cərgə olmaqla svayların vurulması istiqamətində addımlarımız davam edir. Bundan sonra svayların üzərində 6 metr hündürlükdə istinad divarları inşa olunacaq. Yamacın orta hissəsində də iki cərgə svayın vurulması nəzərdə tutulur ki, gələcəkdə bu kimi sürüşmə halları qeydə alınmasın. Onun da üzərində 4 m hündürlükdə istinad divarının inşası nəzərdə tutulub. Bundan başqa, səth, qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi qurulur.

Hazırda yeni drenaj xətləri atılır. İstinad divarlarının üzərində də eninə borular atılacaq ki, drenaj xəttinin kənarlaşdıra bilmədiyi qrunt suları ərazidən uzaqlaşdırılsın və yamacda ağırlaşma baş verməsin. 2020-ci ilin I rübündə bu işlərin tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Amma həmin yolla avtonəqliyyat vasitələrinin hərəkətinin bərpası Yeni il ərəfəsində həyata keçiriləcək”.

aia.az



581 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
05-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}