Mobil versiya
Salyan sarı mətbuatın hədəfində
Tarix: 10-12-2019 | Saat: 14:38
Bölmə:Manşet / Ölkə | çapa göndər

Salyan sarı mətbuatın hədəfində




“Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir.” – dövlət başçısının oktyabr ayının 15-də keçirilmiş iqtisadi müşavirədə söylədiyi nitqindən.




Salyanda bu gün gedən proseslər barədə az-çox məlumatı olan hər kəs bilir ki, Sevindik Hətəmovun rəhbərliyi altındabu rayonda vətəndaşlarladövlətin icra strukturları arasında təmin edilmiş qarşılıqlı anlaşma və birlik prinsipləri bütün uğurların əsasında durur. Məhz bu prinsiplər də Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün məmurların qarşısında əsas vəzifə kimi qoyulmuş vətəndaş məmnunluğuna nail olunması məsələsinin həllində açar rolunu oynayır. Lakin göründüyü kimi, bu vəziyyət heç də hamını qane etmir. Məsələ bundadır ki, dövlətimizin, xalqımızın uğurlarını qısqanclıqla qarşılayan bəzi qüvvələr hələ də yerlərdə, rayon və bölglərimizdə hansısa qarşıdurmalar yaratmaqla bu inkişafın qarşısını almaq kimi xülyalarından əl çəkməyiblər. İkinci bir tərəfdən də dövlətə və ölkə rəhbərliyinə sədaqəti ilə seçilən, xalqın rifahı naminə əzmkarlıqla çalışan məmurları ləkələyərək, onları tutduqları məsul vəzifələrdən kənarlaşdırmaq və beləliklə də vətəndaşların dövlətə olan etimadını laxlatmaq kimi cəhdlər də hələ çox köhnədən təcrübə olunan üsullardır.



Bu gün biz eyni taktikanın Salyan rayonuna qarşı seçildiyini də aşkar görə bilirik. Belə ki, müəyyən qüvvələr ədalət və obyektivlik prinsiplərini arxa planda saxlayan bəzi mətbu orqanlarının aktiv dəstəyi ilə artıq neçə müddətdir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova qarşı aşkar böhtan kampaniyaları düzənləməkdədirlər. Təbii ki, bu xüsusda dərc olunan materiallarda heç bir konkret iddia ortaya qoyulmur. Çünki buna heç bir dəlil və əsas yoxdur. Həmçinin bu günlərdə saytlardan birində dərc olunmuş növbəti belə bir materialda da müəllif tərəfindən tamamilə cəfəng iddialar səsləndirilmişdir.

Belə iddiaların birində deyilir: “Salyanda İcra başçısına yaxın olan mənbədən əldə etdiyimiz məlumata əsasən, Sevindik Hətəmov əsasən günün əsas hissəsini biznesinin problemlərinə həsr edir və Salyanın problemləri bu üzdən arxa plana keçir...” Anlamaq olmur, bu İcra başçısına “yaxın olan mənbə” nəyə görə özü oturduğu budağı baltalamalıdır? Harda görünüb ki, vəzifəli şəxsin yaxın ətrafı ona qarşı mətbuata məlumat ötürsün?
Və yaxud da digər bir ifadəyə nəzər salaq: “Sevindik Hətəmovun 2017-2018-ci illərdə sifariş etdiyi tenderlərin siyahısı açıqlanlıb. Bu tenderlərin böyük əksəriyyətini iki şirkət həyata keçirib və iddialara əsasən nəzərdə tutulan işlər də görülməyib...” Yəni həmin tenderlər üzrə konkret hansı işlərin görülməsinin nəzərdə tutulduğunu və bu işlərin nə zaman icra olunduğunu öyrənmək belə çətindir ki, müəllif bu məqamda da hansısa iddialara (daha dəqiq desək, şayiələrə)əsaslanmalı olur?





Nəhayət Salyanda yaşıllıqların qırılması barədə ortaya atılmış daha bir iftiraya konkret faktla cavab vermək istərdik. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Salyan rayonunun sakinləri də böyük ruh yüksəkliyi ilə qoşulmuşlar.Bir neçə gün bundan öncə Salyanda mötəşəm ağacəkmə aksiyası keçirilmişdir.Dekabrın 6-da rayon ərazisində keçirilən genişmiqyaslı kampaniya Salyan şəhəri də daxil olmaqla, rayonun 20 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə etmişdir. Aksiyada Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmşdir. Ümumilikdə akisiyada 2000-dən çox insan iştirak etmişdir.



Hesab edirik ki, elə bu aksiyanın özü də həm Salyana, həm də rayonun rəhbərliyinə qarşı salyanlıların özlərinin verdiyi ən tutarlı cavab kimi qiymətləndirilə bilər.

aia.az
Rəşad Həsənov
Orxan Muradov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024