Mobil versiya
Evi əlindən alınan Müşfiq Abbasov: Ali məhkəmə vicdanlı qərar çıxardı
Tarix: 2-12-2019, 10:56 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Evi əlindən alınan Müşfiq Abbasov:


Ali məhkəmə vicdanlı qərar çıxardı. Qeyd etdi ki, mən vicdanlı alıcıyam.

Bunu tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Bu şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov bildirib.

O, məhkəmənin çıxardığı qərardan razı qalsa da, evini hələ də qarşı tərəfdən tam ala bilmədiyini dilə gətirib:

“Əmlak komitəsinin mənə verdiyi çıxarış təsdiqlədi. Notarius tərəfindən alqı-satqı təsdiqləndi və yönləndirildi. Xala və bacıqızı öz aralarında məsələlərini həll edəcəklər. Apellyasiya Məhkəməsinin qərarını gözləyirik.

Mənə evi satan Gülrux Həsənova deyir ki, sənədlə evi şəffaf şəkildə satmışam, xala isə deyir ki, bacım qızı yalan danışır, o, dələduzdur. Sənədləri saxtalaşdıraraq evi satıb. Bunların isə mənə aidiyyəti yoxdur, çünki dövlət mənə zamin olub. Əmlak Komitəsi adıma çıxarış verib, 5 saylı Dövlət Notariat Kontoru həmin alqı-satqını təsdiqləyib”.

Müşfiq Abbasov Apellyasiya Məhkəməsinin bir aydan sonra çıxaracağı qərarı gözlədiyini söyləyib:

“Ümid edirəm ki, bir aydan sonra bu məsələlər yekunlaşacaq. Apellyasiyanın qərarını gözləyirəm. Amma ehtimal var ki, Apellyasiya Məhkəməsinin çıxardığı qərardan sonra yenidən iş Ali Məhkəməyə yönləndirilsin”.

Qeyd edək ki, Müşqiq Abbasov şəxsi “Instagram” hesabında bir müddət öncə üzləşdiyi problemi bu cür şərh etmişdi:

“Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan üç il sonra Taleh ölüb. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.

Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət Notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi altı ildən sonra hakim deyir ki, evi qaytar”.

aia.az



574 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-12-2019
10-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031