Mobil versiya
Hüseyn Abdullayev məhkəmədə Almaniyadan sığınacaq almasından danışdı - İFADƏSİ
Tarix: 25-04-2019, 17:49 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Hüseyn Abdullayev məhkəmədə Almaniyadan sığınacaq almasından danışdı -



Prosesdə Hüseyn Abdullayev ifadə verib.

Bakupost.az-ın məlumatına görə, sabiq deputat qeyd edib ki, 1991-1998-ci illərdə metal alveri ilə məşğul olub: "O zaman Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. Ən çox mal ixrac edən biznesmenlərdən biri idim. Həmin ərəfədə 1991-ci ildə Culfa ilə İran sərhəddində geniş ticarət əlaqələri qurdum və biznesə orada da davam elədim.

1992-ci ildən doğulduğum Naxçıvan Muxtar Respublikası ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri olmuşam. O zaman etdiyim yardımlarla əsgərləri geyim və ərzaqla təmin etmişəm. Bununla da hər zaman fərx etmişəm. Ölkənin rəsmi olaraq ilk milyonçularından biri olmuşam".

"Quska” deyib ki, heç kimdən hədə-qorxu ilə heç kimdən pul almayıb: "Mənim kimi adam kimdənsə 3 min manatı hədə-qorxu ilə tələb edər, belə utancverici iş görər? Niyə mən o günə qalmışam? Bu, biabırçılıqdır. Mənim anamın və atamın adına olan mülklərin qanunsuz yollarla əldə edilmiş pullarla alındığı yazılıb. Axı bu qədər ədalətsizlik, haqsızlıq, belə bir biabırçılıq olmaz. Mənə verilən ilk ittiham Nəriman Nərimanovun heykəlinin yanındakı başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi anamın və atamın adına keçirdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina, diqqətlə dinləyin, cəmi bir bina tikdilər. O binanın da bütün ödənişləri edilib, vergilər ödənilib”.

Hüseyn Abdullayev məhkəmədə 2013-cü ildə Almaniyadan siyasi sığınacaq almasından danışıb: "Təzyiqlərdən sonra sığınacaq istədim. Almaniya hökuməti də sağolsun ki, ədalətli araşdırma aparıb razılıq verdi".

Hüseyn Abdullayev ifadəsinin sonunda deyib ki, bütün gəncliyini dövlətçiliyə qurban verib: "Onun möhkəmlənməsinə, qorunub saxlanmasına xidmət etmişəm. Ölkədə kriminal dəstələrin baş qaldırdığı zamanda özümün, ailəmin həyatını təhlükəyə ataraq fəaliyyət göstərmişəm. Heç vaxt buna görə peşman olmamışam. Hamı bilsin ki, bircə dəfə də olsun dövlətimizə xəyanət etməmişəm. Dövlətçiliyin əleyhinə bir addım belə atmamışam. Mənə olan təzyiqlərin nəticəsi olaraq atamı itirdim, əmlaklarım zəbt edildi. Bütün bunları Allah götürməz”.

**
11:03

Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birgə ittiham olunan şəxslərin məhkəməsi davam edib.

Bakupost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda Zeynəb Abdullayeva çıxış edib. O, işdə zərərçəkmiş kimi tanınan Elnur Məmmədovla bağlı danışıb: "Elnur Məmmədov bizim obyekti icarəyə götürüb. Lakin pulu vermirdi. Dəfələrlə danışığımız olub, amma pulu ödəməkdən imtina edib. Bizə pul verməli olan adam zərərçəkmiş olub? Ona kim hədə-qorxu gəlib? Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən bəlkə də Fəzail Ağamalıdan bir faiz incimişəm. Amma bu Elnurdan çox incimişəm”.

Keçmiş deputat Hüseyn Abdullayev özünə qarşı irəli sürülmüş 22 milyon manatlıq ittihamı qəbul etməyib. H.Abdullayev deyib ki, ona xaricdəki biznesi ilə bağlı ittiham verilib: "Mən deputat olmamışdan əvvəl bizneslə məşğul olmuşam. 1997-ci ildə Ukraynaya metal satırdım. Həmçinin başqa ölkələrdən də Ukraynaya metal gətirirdim. Ən yaxşı qazancım da həmin illərə təsadüf edir. Guya 2000-ci ildən metal biznesi ilə məşğul olub vergidən yayınmışam. Bircə nəfər gətirin, desin ki, məndən 1 kiloqram metal alıb və ya mən ondan 1 kiloqram metal almışam. Ailəmin, qohumlarımın adına olan əmlaklar, xaricdə olan bank hesablarımdan, xaricdəki biznesimdən pul köçürmələri, bütün işləri üst-üstə gəliblər, özlərindən rəqəmlər düzəldiblər. İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxli var?".

Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

aia.az



576 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}