Mobil versiya
Qala divarlarının qarşısında tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 23-04-2019, 11:49 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Qala divarlarının qarşısında tikinti ilə bağlı


"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarının qarşısında aparılan tikinti işləri ilə bağlı məlumat yayıb.

Qurumdan aia.az-a daxil olan məlumatda bildirilib ki, ötən ilin sonundan etibarən abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir.

Məlumatda bildirilir ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Qoruqdan o da bildirilib ki, bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir: "İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.

Qeyd edək ki, həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabr ayından etibarən İdarənin rəsmi veb-səhifəsində mövcuddur”.

aia.az



558 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-05-2019
23-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}