Ana Sayfa > Karusel / Ölkə > Qala divarlarının qarşısında tikinti ilə bağlı
Qala divarlarının qarşısında tikinti ilə bağlı23-04-2019, 11:49. Yazar: sevinc1 |
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarının qarşısında aparılan tikinti işləri ilə bağlı məlumat yayıb. Qurumdan aia.az-a daxil olan məlumatda bildirilib ki, ötən ilin sonundan etibarən abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Məlumatda bildirilir ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur. Qoruqdan o da bildirilib ki, bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir: "İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Qeyd edək ki, həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabr ayından etibarən İdarənin rəsmi veb-səhifəsində mövcuddur”. aia.az Geri dön |