Mobil versiya
Yolunuz açıq, işiniz avand olsun
Tarix: 16-04-2019, 14:28 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Yolunuz açıq, işiniz avand olsun




“27 saylı Yol İstismar” MMC-nin effektiv fəaliyyəti Ağstafa sakinləri tərəfindən yüksək qiymətləndirilir

“Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib...” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun dövlət agentliyinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasındakı çıxışından

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti dövlətə sədaqət prinsipləri əsasında qurulub



Sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da sistemli və davamlı tədbirlərin həyata keçirilməsi artıq səciyyəvi xarakter almışdır. Bu gün ölkənin bütün regionlarında, eləcə də paytaxt Bakıda vəziyyət kökündən dəyişmiş, dövlətimizin başçısının sərəncamları ilə ayrılan vəsaitlər yol-nəqliyyat infrastrukturunun dinamik inkişafı üçün geniş imkanlar yaratmışdır. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan minlərlə müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, onlarla asfalt-beton zavodu işə salınmışdır.

Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səmərəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu qurumun fəaliyyəti bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edir. Təkcə ötən il əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkə üzrə 33 körpü, 29 yol ötürücüsü, 4 tunel tikilərək istifadəyə verilib, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlər alınıb. Aparılmış kompleks tədirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub. Bu il isə, ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə əlavə 270 adda yeni maşın və mexanızmin alınması da nəzərdə tutulub. Əlbəttə ki, bütün bu nailiyyətlər Saleh



Məmmədovun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də bu qurumun tabeliyində olan bütün müəssisə və şirkətlərin işçi heyətlərinin fədakar əməyi, hər kəsin ayrılıqda və kollektiv olaraq öz işini dövlətə sədaqət prinsipləri əsasında qurması sayəsində əldə olunur. Agentliyin effektiv fəaliyyəti ilə seçilən belə struktur bölmələrindən biri də Ağstafa rayonunda yerləşən “27 saylı Yol İstismar” MMC-dir.

Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur

Bu gün regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının tələblərindən irəli gələrək, Ağstafanın təkcə rayon mərkəzində deyil, həm də onun qəsəbə və kəndlərində sosial binaların tikintisi, yolların çəkilməsi, abadlıq işlərinin görülməsi böyük vüsətlə həyata keçirilir. Xüsusilə son illər rayonda yol infarstrukturunun əsaslı şəkildə yenidən quruluması işləri uğurla icra olunur. O cümlədən Xanoğlan Qasımovun rəhbərlik etdiyi “27 saylı Yol İstismar” MMC-nin effektiv fəaliyyətinin nəticəsi olaraq ötən illər ərzində Ağstafa rayonunun kənd yollarının 90 faizə qədəri asfaltlanmışdır. Cari ilin ilk aylarında Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm yollarının yenidən qurulması işləri davam etdirilib.



Ümumiyyətlə, son dövrlərdə Ağstafa rayonu ərazisində genişləndirilmiş prospektlər və abad yollar, səliqə-sahmanlı küçələr göz oxşayır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün “27 saylı Yol İstismar” MMC-nin kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Qeyd etdiyimiz kimi, əsasən Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramlarının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Diqqətəlayiq haldır ki, müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da qeyd olunur ki, məhz MMC-nin rəisi Xanoğlan Qasımovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Vurğulanır ki, Xanoğlan Qasımovun rəhbərliyi ilə Ağstafa rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verməkdədir.



Təəssüflər olsun ki, bu gün ölkənin bəzi media təmsilçiləri sırf özlərinin şəxsi ambisiyalarını təmin etmək məqsədilə, müxtəlif informasiya vasitələrində ölkəmizin rifahına xidmət edən bir çox dövlət müəssisələrinə, eləcə də həmin qurumların rəhbərliyində çalışan şəxslərə qarşı əsassız ittihamların irəli sürüldüyü materiallar dərc etməklə məşğuldurlar. Əlbəttə ki, belə yazıların məqsədi açıq-aşkar məlumdur və onların hansısa nəticə verə bilməyəcəyi də heç kimdə şübhə doğurmur. Lakin, belə şər və böhtan “həmlə”ləri konkret insanları, xüsusilə yaradıcı ruha malik olan və dövlətini, millətini sevən insanları mənəvi sıxıntılara məruz qoya bilər. Bu səbəbdən də bütün həmkarlarımızı belə həssas mövzularda son dərəcə diqqətli və ədalətli olmağa çağırırıq.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



5478 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}