Mobil versiya
Azərbaycan-Rusiya-Ermənistan görüşü keçirilə bilər - Müzakirələr Sankt-Peterburqda gözlənilir
Tarix: 4-04-2019, 10:30 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan-Rusiya-Ermənistan görüşü keçirilə bilər - Müzakirələr Sankt-Peterburqda gözlənilir



Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçiriblər. Görüşdən sonra, artıq aprelin 1-i Ermənistan baş nazirinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı haqqında məlumat yayıldı. Qeyd olunan informasiyaya görə, erməni baş nazir Azərbaycan lideri İlham Əliyevlə görüş barədə də V.Putinlə müzakirə aparıb. Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı ölkəsinin bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.

Bu məlumatlardan göründüyü kimi, Rusiya münqaişənin tənzimlənməsi məsələsində yenə də aktiv mövqeyi ilə seçilir. Maraqlıdır, şimal qonşumuzun bu yanaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin taleyində necə rol oynayacaq?


Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Rusiyanın məsələdə digər həmsədrlərdən aktiv olması anlaşılandır. Çünki Ermənistan da, Azərbaycan da uzun müddət Rusiyanın tərkibində olublar:


“Rusiya ABŞ və Fransadan fərqli olaraq, bölgə ilə həmsərhəd olduğundan daha həssasdır. Münaqişənin tənzimlənməsində hər hansı irəliləyiş müşahidə olunarsa, həmsədrlərdən daha üstün səlahiyyəti olanı vasitəçi kimi ortaya çıxmalıdır. Vaxtilə Dmitri Medvedev də, indiki prezident Vladimir Putin də, Fransanın keçmiş prezidenti Jak Şirak da, ABŞ rəsmiləri də bu görüşləri təşkil ediblər. Putinin indiki halda məsələyə münasibəti göstərir ki, irəliləyiş mümkündür. Putin də öz töhfəsini verməyə hazır olduğu halda proses irəli gedə bilər və nəticəyə gətirib çıxarar. Bu, hansı şəkildə olacaq, öncədən demək çətindir.

Adətən hər il may ayında Sankt-Peterburqda iqtisadi forum keçirilir. Həm Azərbaycan, həm də Ermənistan rəhbərləri orada iştirak edirlər. Mən gözləyirəm ki, Sankt-Peterburqda üçtərəfli görüş təşkil olunsun. Belə olduğu halda Rusiyanın münaqişənin tənzimlənməsinə əlavə töhfə verə biləcəyi məsələsi də vurğulana bilər. İstənilən halda nəticə əldə etmək üçün əvvəlcədən müzakirə olunmuş, tərəflərin hər ikisinin razılaşdığı sənədlər ortaya qoyulmalıdır. Ancaq bu halda müzakirələr mümkündür”.

aia.az



5166 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031