Mobil versiya
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
Tarix: 19-03-2019, 10:00 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik


UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “Elm haqqında elm” mövzusunda olub.

Trend-in məlumatına görə, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, fevral ayından UNEC-də “Elm aylığı”na start verildiyini diqqətə çatdırıb. “Elm aylığı” çərçivəsində ölkənin tanınmış alimləri ilə müxtəlif elm sahələrinə aid müzakirələrin aparıldığını bildirən rektor, akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb. Rektor ölkədə intellektual potensialı olan gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayaraq, elmi problemlərin həllində onların alternativinin olmadığını qeyd edib. Təhsil işçisi və elmi işçi arasında fərqlərdən danışan rektor, bu istiqamətdə problemin həllini alim və müəllim vəhdətinin yaradılmasında görüb. Sonra rektor auditoriya qarşısında “Bir şəxs həm alim, həm də müəllim ola bilərmi?” sualını qoyub.

Müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev, UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını deyib. UNEC-i ölkə iqtisadiyyatının sütunu adlandıran akademik, son 5 ildə bu ali təhsil müəssisəsində yüksək inkişaf dinamikasını müşahidə etdiyini, yeni ali təhsil mexanizminin formalaşdığını vurğulayıb. O, UNEC-in mütərəqqi ideyalarla daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Akademik informatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivləri barədə təqdimatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə informatika sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran alim, məhz Ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycanın bu sahə üzrə dünyanın ən aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.

Sonra professor-müəllim heyəti təkliflərlə çıxış edib, onların sualları cavablandırılıb.

Sonda akademik Telman Əliyev “UNEC-də keçirilən “Elm aylığı”nda “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda məruzəsinə görə Fəxri fərmanla təltif edilib.

aia.az



5199 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}