Mobil versiya
Türkiyə Suriyada yeni əməliyyatlara başlayır
Tarix: 12-12-2018, 16:42 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Türkiyə Suriyada yeni əməliyyatlara başlayır


Türkiyə bir neçə gündən sonra Suriyanın şimalında, Fərat çayından şərqə doğru YPG/PYD terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlayacaq.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada keçirilən Türkiyə müdafiə sənayesi sammitindəki çıxışında deyib.
Ərdoğan bildirib ki, Ankara ABŞ-ın terrorçulara dəstəyinə və Türkiyə sərhəddində oynanılan oyunlara səssiz qalmayacaq.

“Artıq İŞİD adlı bir təhdid yoxdur. Bu, bizim üçün nağıldır. Bunun əslində Suriya üzrə əsl planın bəhanəsi və ondan diqqəti yayındırma taktikası olduğunu bilirik. Terror koridoru inşa etmək istəyirlər. Türkiyənin təhlükəsizlik zonalarından çıxmasını tələb edənlər Suriyanın 1/3-ni işğal edən terrorçularla (YPG) bağlı ağzını açmırlar. Bizim strateji müttəfiqimiz (ABŞ) onların (YPG) terrorçu olmadığını deyir. Amerikalılara bunun belə davam edə bilməyəcəyini söylədik. İndi də terrorçlara təlim keçirlər. Sərhədimizin dibində oynanılan oyuna daha səssiz qalmayacağıq. Bizim üçün indi sıra Fəratın şərqindəki terror qruplaşmalarının yuvasını dağıtmağa gəlib. Türkiyə bir neçə gündən sonra Fəratdan şərqə doğru əməliyyatlara başlayacaq”, - deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti əlavə edib ki, əməliyyatlarda hədəf Suriyanın şimalındakı amerikalı hərbçilər olmayacaq. Həmçinin, bu cür anti-terror əməliyatları nəticəsində həmin bölgələr yerli sakinlərin yaşayışı üçün daha münasib və təhlükəsiz olacaq, Suriyada siyasi nizamlanmaya töhfə verəcək.

Qeyd edək ki, Türkiyə bundan əvvəl Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” adlı iki hərbi əməliyyat həyata keçirib .

aia.az



5231 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

27-03-2020
«    Март 2020    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
{sape_links}{sape_article}