Mobil versiya
Belarus Azərbaycana yeni silahlar verəcək
Tarix: 19-11-2018, 18:04 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Belarus Azərbaycana yeni silahlar verəcək



Minsk və Bakı hərbi texnikanın növbəti partiyasının Azərbaycana çatdırılması üzrə yeni müqavilə hazırlayırlar.
Azvision.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşün yekununa dair jurnalistlərə verdiyi açıqlamasında deyib.

Liderlərin Minskdə baş tutan ikitərəfli danışıqları nəticəsində silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

“Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək” – İlham Əliyev vurğulayıb.

Azərbaycan prezidenti onu da bildirib ki, Azərbaycan bu sahədə Belarusla qarşılıqlı əməkdaşlıqdan məmnundur, çünki onların hərbi məhsulları çox keyfiyyətli və effektivdir: “Ona görə də, təsadüfi deyil ki, bizim ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlıq artıq çox yaxşı tarixə, kifayət qədər böyük həcmə və genişlənməyə doğru yaxşı tendensiyaya malikdir.”

aia.az



5227 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930