Mobil versiya
Bu gün açılan yol pulludur? - RƏSMİ AÇIQLAMA
Tarix: 18-09-2018 | Saat: 15:23
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bu gün açılan yol pulludur? - RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Açılışdan sonra insanları düşündürən əsas məsələ yolun pullu olub-olmayacağıdır.

Məsələ ilə bağlı BakuPost-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hazırda həmin yol ödənişsizdir.

Qurum rəsmisinin sözlərinə görə, yolun ödənişli olub-olmaması ilə bağlı hələ ki bir qərar yoxdur.

"Əgər belə bir qərar olarsa, müvafiq işlərin görülməsinə başlanılacaq".

Mətbuat katibi yolda ilkin olaraq sürət həddinin 90-100 km/saat nəzərdə tutulduğunu qeyd edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024