Ana Sayfa > Karusel / Ölkə > Bu gün açılan yol pulludur? - RƏSMİ AÇIQLAMA
Bu gün açılan yol pulludur? - RƏSMİ AÇIQLAMA18-09-2018, 15:23. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Açılışdan sonra insanları düşündürən əsas məsələ yolun pullu olub-olmayacağıdır. Məsələ ilə bağlı BakuPost-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hazırda həmin yol ödənişsizdir. Qurum rəsmisinin sözlərinə görə, yolun ödənişli olub-olmaması ilə bağlı hələ ki bir qərar yoxdur. "Əgər belə bir qərar olarsa, müvafiq işlərin görülməsinə başlanılacaq". Mətbuat katibi yolda ilkin olaraq sürət həddinin 90-100 km/saat nəzərdə tutulduğunu qeyd edib. aia.az Geri dön |