Mobil versiya
Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndərdi
Tarix: 7-12-2015, 22:05 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndərdi
“Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq”.

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə bir milyon manat dəyərində humanitar yardımı Ələtdəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından yola salıb.

Yola salma mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiz Tağızadə və Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov da iştirak ediblər.

Faiz Tağızadə bildirib ki, humanitar yardımın yükləndiyi 20 avtomaşın bərə ilə Qazaxıstanın Aktau limanına aparılacaq.

Yardımın daşınması üçün Qazaxıstandan əlavə iki avtomaşın da cəlb olunacaq.

Sonra həmin 22 avtomaşın Qırğızıstana doğru hərəkət edəcək:

“Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir”.

Aycigit Buranov Azərbaycan prezidentinə və xalqına təşəkkür edərək bildirib ki, Qırğızıstan xalqı Azərbaycan xalqının yardımını unutmayacaq.



5452 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930