MTRŞ-dan Rövşanənin verilişindəki davaya münasibət
Tarix: 8-06-2018, 16:47 | Saat: 15:47:00
Bölmə:Karusel / Manşet2 | çapa göndər

MTRŞ-dan Rövşanənin verilişindəki davaya münasibət


“Şou verilişdir. Əlbəttə ki, belə halların kütləviliyinin tərəfdarı deyilik. Yayımçılar arasında reytinq yarışı belə kuryoz hadisələrin efirə verilməsinə və reytinq yığılmasına rəvac verir”.

aia.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Sirdaş Rövşanə” də baş verən əlbəyaxa davaya münasibət bildirərkən deyib.

MTRŞ-nin nümayəndəsi bildirib ki, əsas məsuliyyət aparıcı Rövşanə Ağasəfqızına aiddir:


“Burada gərginlik iştirakçılar arasında baş verib. Əsas məsuliyyət və tələblər aparıcıya aiddir. Əgər aparıcı da bu gərginlikdə tərəf olsaydı, məsələyə başqa cür qiymət verə bilərdik. Amma yenə də deyirəm, şoudu, müzakirə verilişidir. Müəyyən fikir ayrılıqları, mübahisələr, gərginliklər ola bilər.
Bu, xarici ölkə televiziyalarında da olur. Bəzən görürsən ki, iştirakçılar arasında gərginlik yaşanır, aparıcı və ya digər personal vəziyyəti nəzarət altına almaqda çətinlik çəkirlər. Lakin bütün bunlarla yanaşı, bütün yayımçılar, xüsusilə verilişlərin yaradıcı heyəti dəvət olunan iştirakçıların seçilməsində diqqətli olmalıdırlar. Ümumilikdə bu sektorda çalışan hər kəs milli efirimizin səviyyəsinin yüksəldilməsində maraqlı olmalıdır”.

aia.az




5212 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}