Mobil versiya
“Aqrar sahə yeni mərhələyə qədəm qoyub” - İnam Kərimov
Tarix: 16-05-2018 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Aqrar sahə yeni mərhələyə qədəm qoyub” - İnam Kərimov


"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bu siyasətin nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahələrindən biri olan aqrar sahə tamamilə yeni mərhələyə qədəm qoyub".
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən kənd təsərrüfatı və qida sərgisinin açılışında deyib. Nazir bildirib ki, ölkədə istehsal edilən məhsulların rəqabətə davamlılığının artması və ixrac imkanlarının genişlənməsi sevindirici haldır:

"Bu da bütövlükdə milli səviyyədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə, o cümlədən qlobal miqyasda öz töhfəsini verib. Hazırda prioritet istiqamətlərimiz yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının fəaliyyətinin əsas prinsipləri kimi bəyan edilib".

İ.Kərimiv qeyd edib ki, qarşıya qoyulan məqsədlərə çatılması üçün artıq kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyalar, yeni yanaşmaların tətbiqi prioritet təşkil edir: "Bu məqsədlə aqrar sənayenin inkişafı və təkmilləşməsində, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində və biznes əlaqələrinin qurulmasımda belə sərgilərin xüsusi əhəmiyyəti var".

Qeyd edək ki, bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışı olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024