Mobil versiya
Razi Nurullayev Hafiz Hacıyevə hansı vəzifəni verəcəyini AÇIQLADI
Tarix: 6-04-2018, 16:22 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Razi Nurullayev Hafiz Hacıyevə hansı vəzifəni verəcəyini AÇIQLADI


Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev seçkilərdə qalib gələcəyi təqdirdə prezidentliyə namizəd Razi Nurullayevi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyini bildirib.

Hafiz Hacıyev prezident seçiləcəyi təqdirdə kimləri nazir postuna təyin edəcəyini də açıqlayıb.O bildirib ki, prezident seçiləcəyi təqdirdə baş prokuror vəzifəsinə Qüdrət Həsənquliyevi, səhiyyə naziri vəzifəsində Sərdar Cəlaloğlunu, təhsil naziri vəzifəsinə isə Abel Məhərrəmovu təyin edəcək. Həmçinin, baş nazir Artur Rasi-zadəni vəzifəsindən kənarlaşdıracaq.


Hafiz Hacıyevin açıqlamasına "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev cavab verib.


Razi Nurullayev Modern.az-a açıqlamasında bildirib ki, prezident seçilərsə, Hafiz Hacıyevi kənd təsərrüfatı naziri təyin edəcək.
“Hafiz müəllimin prezident seçkilərində qalib gələcəyi təqdirdə məni Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyi fikrinə gəldikdə isə onu deyə bilərəm ki, ola bilər ki, o bunu yarızarafat, yarıciddi deyib. Mənim hazırda bir məqsədim var ki, prezident seçilim. Hesab edirəm ki, Hacı Allahşükür Paşazadə xalqını sevən və onun yanında olan biridir. Mən onun yerinə heç kimin göz dikməsini istəməzdim. O, vəzifəsinin öhdəsindən çox gözəl gəlir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. Mən prezident seçiləcəyim təqdirdə Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inkişafı üçün daha böyük işlər görərəm. Onların vəzifədə qalması üçün əlimdən gələni edəcəm”.



Razi Nurullayev qeyd edib ki, qalib gələrsə, prezidentliyə namizədlərin hər birinə əməkdaşlıq təklif edəcək.
“Hesab edirəm ki, prezidentliyə namizədlərin hər birində eyni düşüncə var. Ən azından buna ümid edirəm. Vacib olan Azərbaycan xalqına xidmət etməkdir”.
Razi Nurullayev deyir ki, qalib gələcəyi təqdirdə hakimiyyətin əsas postlarına öz adamlarını təyin edəcək:
“Bu, nazirliklərdir. Hesab edirəm ki, nazirlər prezidentin özünün seçdiyi əsas adamlar olmalıdır. Bütün nazirlər öz vəzifəsində qala bilməzlər. Mən bunu indidən səsləndirmək istəmirəm. Buna məntiqi və hüquqi cəhətdən yanaşmaq lazımdır. Onun üçün öncə araşdırmanın, kadr potensialının yoxlanılmasının tərəfdarıyam. Bundan sonra isə kimsə vəzifəsini itirə bilər, həbsxanaya gedər, kimsə isə müəyyən müddətə vəzifəsində qala bilər”.

aia.az



5300 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930