Mobil versiya
2 yaşlı Zəhra ölümüylə 2016-cı il Aprel ruhunu diriltdi
Tarix: 8-07-2017, 17:24 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

2 yaşlı Zəhra ölümüylə 2016-cı il Aprel ruhunu diriltdi



İşğalçı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndini, mülki insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və nənəsi qətl edildi. Bu, təkcə Alxanlı kəndinin deyil, bütün Azərbaycanın növbəti itkisiydi...

Bu itkiylə kimliyindən asılı olmayaraq hər kəs övlad acısı yaşadı. Baş vermiş bu faciə sanki 2016-cı ilin “Aprel hadisələri”ni təzələdi.
Ermənilərin son təxribatı millətimizin həm də milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Nəinki ölkə daxilində, həm də beynəlxalq arenada azərbaycanlıların etirazı sayəsində erməni təcavüzkarlığı pislənildi, vəhşilik kimi qiymətləndirildi.
Zəhra müsibəti bizə yalnız “Aprel hadisələri”ni xatırlatmadı, həm də onu yaşatdı. 2016-cı ilin “Aprel hadisələri” zamanı Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün düşmənə cavab tədbiri görməyə məcbur qaldı. Ermənilər illələrcə yaddan çıxmayacaq dərs aldılar. O zaman əli silah tuta bilən bütün insanlar cəbhəyə getmək üçün növbədə durdular.

Bu baxımdan balaca Zəhranın qətli bütün dünyadakı Azərbaycanlıları ayağa qaldırdı.

Milli Məclisin deputatı, Milli Qəhrəman, əsanəvi komandir Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Modern.az-la söhbəti zamanı ermənilərin səbəb olduğu hər iki hadisəni paralel müstəvidə qiymətləndirib. Deputat düşünür ki, Zəhranın ölümü də xalqı “Aprel hadisələri” qədər ayağa qaldırdı:

“2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin hücumu mülki şəxslərin həlak olmasına və dağıntılara, 600-dən çox evə ziyan dəyməsinə səbəb olmuşdu. Məhz buna görə Azərbaycan Ordusu əks hücuma keçdi.

Lakin budəfəki etirazın əsas səbəbi günahsız uşağın nənəsi ilə bir yerdə qətlə yetirilməsidir. Düşmən balaca qızcığazın qətlə yetirildiyi kənddə Azərbaycanın döyüş nöqtəsinin, hərbçilərin olduğunu iddia edirdi. Xarici İşlər Nazirliyimizn Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrini, hərbi attaşeləri təcili surətdə Füzulinin Alxanlı kəndinə aparması, orada həqiqətən heç bir döyüş nöqtəsinin, silah-sursatın olmadığını sübut etməsi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri ikinci dəfə bəyanat verməli oldular. Birinci dəfə əvvəllər olduğu kimi naməlum bəyanat versələr də, ikinci dəfə fakt qarşısında qaldılar.
İndi hər an Zəhranın şəklinin yayımlanması, onunla bağlı müzakirələrinin şahidi oluruq. Onun şəklinin sosial şəbəkələrdə paylaşılması, məlumatların xarici ölkələrə, beynəlxalq təşkilatlara göndərilməsi bütün dünyanı ayağa qaldırdı. “Aprel döyüşləri”ndə ancaq azərbaycanlılar qisas hissi ilə yanırdı. Lakin indi xaricdən gələn bəyanatlar, siyasi xadimlərin tələbləri də günahkarların cəzalandırılması istiqamətindədir. Hətta Ermənistanı İŞID-la müqayisə etdilər”.

Ermənilər “Aprel hadisələri”ndəki kimi Azərbaycanı müharibəyə cəlb etmək istəyir...

Bu, təkcə Azərbaycanlılara deyil, insanlığa qarşı edilən vəhşilikdir. O körpə uşağın nə günahı vardı?. Xaricdə səfirliklərimizin, diaspor təşkilatlarımızın, sosial şəbəkələrdə insanların demək olar ki, hamısı ayağa qalxdı. Əlbəttə çox təsirlidir. Körpə uşağın öldürülməsi bir daha ermənilərin iç üzünü göstərdi. Bunun adı ancaq erməni faşizmidir. Ayrı cür qiymət vermək olmur.
Artıq elə addım atmaq lazımdır ki, ermənilər ikinci və ya üçüncü dəfə bu cür təxribata əl atmasın. Bu hadisənin törədilməsi əslində Azərbaycana təzyiqin bir formasıdır. Düşmən “Aprel hadisələri”ndə olduğu kimi, Azərbaycanı müharibəyə cəlb etmək istəyir. Bütün bunlar Azərbaycanı istəməyən, erməninin tərəfini saxlayan qüvvələrin işidir.
Bilirsiniz ki, indi Azərbaycanın böyük layihələri var. Məsələn, Türkiyə ilə birləşən dəmiryol xəttinin inşası ilin axırına kimi tamamlanmalıdır. Ondan başqa TAP, TANAP üzərində hazırda işlər gedir. Bu kimi təxtibatçı addımlarla Azərbaycan iqtisadiyyatını geri salmaq onların əsas hədəfləridir.
“Aprel döyüşləri”ndə beynəlxalq təşkilatlardan bu dərəcədə reaksiya görməmişdim. Zəhranın ölümü Xocalıda ermənilərin törətdiyi cinayətin davamıdır. Əgər işğalçı dövlətə ciddi surətdə təzyiq olunmasa, layiqli cavab verilməsə, biz gələcəkdə yenə körpələrimizi itirə bilərik”.


AİA.az



5527 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

29-01-2020
28-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}