Mobil versiya
Xanım deputatların ən yaddaqalan 8 mart HADİSƏSİ
Tarix: 8-03-2017, 12:08 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet | çapa göndər

Xanım deputatların ən yaddaqalan 8 mart HADİSƏSİ

Bu gün 8 mart Beynəlxalq Qadınlar günüdür. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Qadınlar günü xüsusi qeyd olunur.
Modern.azsaytı əlamətdar gün münasibətilə Milli Məclisdə təmsil olunan xanım deputatların ən yadda qalan 8 mart bayramını öyrənməyə çalışıb.

Deputat Məlahət İbrahim qızı deyir ki, onun üçün ən yaddaqalan 8 mart hadisəsi bu il olub.
"Fəaliyyətim və həyat tərzim 5 il, 10 il bundan qabaq necə idisə, indi də elədir. 2000-ci ildə millət vəkili seçilmişəm. 1998-ci ildən bu günə qədər əmək fəaliyyətim uğurlu olub. Bir çox işlər üzərimdədir. 1998-ci də 8 mart öncəsi ulu öndərimiz qadın problemlərinin həllinə yönəlik Qadın problemləri üzrə Dövlət Komitəsi yaratdı. Bu, çox təqdirəlayiq bir haldır. Mənim təyinatım da o zaman olub. Səhv etmirəmsə, 2006-cı ildə prezidentimiz İlham Əliyev 8 mart öncəsi Qadın problemləri üzrə Dövlət Komitəsi əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini bir az da inkişaf elətdirdi. Bunların hamısı 8 mart öncəsi baş verib. Yaddaşımda əlamətdar 8 mart bayramı kimi qalıb. Həyatımda və fəaliyyətimdə tarixi hadisələrdən biri də bu il 8 mart öncəsi cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi oldu. Mehriban xanım Azərbaycan qadının fəth etdiyi ən yüksək zirvəyə yüksəldi. Bu da builki 8 mart bayramının əhval-ruhiyyəsinə, siyasi əhəmiyyətinə çox böyük töhfə oldu”.

Deputat Jalə Əliyeva8 mart öncəsi Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını özü üçün əsl bayram hesab etdiyini deyir.
"Builki 8 mart tarixi mənim üçün sözün əsl mənasında bayramdır. Buna görə cənab prezidentimizə təşəkkür edirəm. Azərbaycanda qadının birinci vitse-prezident təyin olunması olduqca yaxşı hadisədir. Bir İranda belə bir vəzifə var, bir də Azərbaycanda. Bu da onun göstəricisidir ki, Şərq qadını ən yüksək pillələrə layiqdir. Mehriban xanımın 8 mart öncəsi birinci vitse-prezident təyin olunması düşünürəm ki, ən yaddaqalan bayramdır. Çünki qadınların cəmiyyətdə öz sözünü deməsi çox vacib haldır. Uğurun, inkişafın göstəricidir. Azərbaycan qadının bu cür vəzifəyə təyin olunması tarixi hadisədir. Bu, qadına münasibətin göstəricisidir”.

Deputat Sahibə Qafarovanın sözlərinə görə, ən yaddaqalan 8 mart bayramı dünən baş verib.
"8 mart ərəfəsi ən yaddaqalan hadisə martın 7-də baş verdi. Dünən Mehriban xanımın Milli Məclisə gəlməsi, bizimlə görüşməsi, bu neçə illər ərzində gördüyü işlər haqqında bizə məlumat verməsi çox xoş oldu. Çox alicənab, kübar bir çıxış idi. Çox böyük bir ənənənin bünövrəsini qoydu. Milli Məclisdən ayrılan millət vəkilləri azdır. Ona görə də 8 mart öncəsi Mehriban xanımın birinci vitse-prezident təyin olunması ən yaddaqalan hadisədir”.

AİA.az



5436 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

31-03-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}