Mobil versiya
Maybach-dan ilk yolsuzluq avtomobili - FOTO
Tarix: 5-03-2017, 20:12 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Maybach-dan ilk yolsuzluq avtomobili - FOTO







Mercedes-Benz şirkəti yolsuzluq avtomobili G-Class-ın ən yaxşı yeni versiyasını təqdim edib. Avtomobil Landaulet G650 adlandırılıb və Maybach brendi altında istehsal ediləcək. Avtomobilin təqdimatı martın 7-də Cenevrə avtosalonunda keçiriləcək. Satışa isə bu ilin sonlarında çıxarılacaq. Maybach-ın ilk yolsuzluq avtomobili məhdud sayda - 99 ədəd buraxılacaq. Bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

Aia.Az auto.az-a istinadən bildirir ki, yenilik 6,0-litrlik benzin V12 mühərriki alıb. O, 630 a.g.-ə malikdir. Yolsuzluq avtomobilinin dinamik xarakteristikaları hələlik sirr olaraq qalır. Landaulet G650 3 bloklama diferensialı olan tam ötürücü ilə təchiz edilib.

Yolsuzluq avtomobilinin uzunluğu 5345 mm, eni 2110 mm-dir. Təkər bazasının uzunluğu 3428 mm-dir. Sürücünün və qabaq sərnişinin üzərində möhkəm stasionar dam ilə yanaşı, avtomobilin arxa oturacaqları hissəsindəki dam açılandır.

Salonun qabaq və arxa hissələrini idarəolunan şüşə arakəsmə bölür. Masaj funksiyası olan sərnişin oturacaqları S-Class Pullman-dan götürülüb. Salonda, həmçinin yığılan stollar və 10-düymlük iki displey var.


aia.az



5375 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930