Mobil versiya
AQTA-dan xəbərdarlıq: Bu toxumları ölkəyə gətirməyin!
Tarix: 03-08-2021 | Saat: 18:24
Bölmə:Ölkə | çapa göndər

AQTA-dan xəbərdarlıq:

Hazırda ölkədə bitki viruslarının yayılımasının əsas səbəbi idxal olunan toxumlardır.

aia.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev deyib.

Onun sözlərinə görə, xüsusən gömrük yoxlamasından keçməyən toxumlar təhlükə mənbəyidir: "AQTA ölkəyə rəsmi yollarla, gömrük nəzarətindən keçən toxumları yoxlayır, lobarator müayinə aparılır və ondan sonra həmin toxumların istifadəsinə icazə verilir. Təəssüflə qeyd etməliyik ki, ölkəyə qeyri-qanuni yollarla, əl yüklərində, poçt göndərişləri ilə və avtomobillərin yük yerlərində dövlət nəzarətindən keçmədən əkin-səpin materialları daxil olur. Bunlar AQTA-nın laboratoriyalarında müayinəyə cəlb edilmədiyindən, ölkəyə xəstəliyin daxil olmasına şərait yaranır. Müraciətlərimizdə müvafiq qurumlara bildirmişik ki, təcili bu sahədə nəzarət tədbirləri gücləndirilməlidir. Əks təqdirdə, ölkəmiz digər ölkələrdə baş verən təhlükələrdən sığortalanmayıb. Bu yaxınlarda Azərbaycana İspaniyadan pomidor toxumları idxal olunmuşdu. Aparılan müayinələr zamanı qonur qırışıqlığı virusu aşkarlandı və dərhal həmin toxum partiyası xüsusi yollarla zərərsizləşdirildi. İspaniyanın müvafiq qurumuna bu barədə bildiriş də göndərildi. Orada da ekspertizalar təşkil edildi və virusun olması təsdiqini tapdı. Buna görə bizə təşəkkür məktubu da göndərdilər".

Sədr müavini vətəndaşlara xaricdən toxum gətirilməsi ilə bağlı xəbərdarlıq da edib: "Sahibkarlara, əhaliyə müraciət olunub ki, belə toxumları ölkəyə gətirib ondan istifadə etməsinlər. Hətta belə toxumlar olarsa, AQTA-ya dərhal məlumat versinlər. Biz demirik ki, həmin toxumların hamısı virusa yoluxub, amma müayinədən keçirildikdən sonra istifadə edilməsi məqsədəuyğundur. Hətta qanunauyğundur, əks halda, bu qanun pozuntusudur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024