Mobil versiya
Prezident İlham Əliyev Yaponiyanın yeni Baş Nazirini təbrik edib
Tarix: 17-09-2020 | Saat: 11:24
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev Yaponiyanın yeni Baş Nazirini təbrik edib


Prezident İlham Əliyev Yaponiyanın Baş Naziri Yoşihide Suqaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Baş Nazir, Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024