Mobil versiya
Siyavuş Novruzov: Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik
Tarix: 07-08-2020 | Saat: 11:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Siyavuş Novruzov:


Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı verilən qərarlar bu gün regionların inkişafını təmin edən ən mühüm amildir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün biz azad və demokratik ölkədə yaşayırıq: “Müəyyən problem var. Cəmiyyət varsa, insanlar varsa, problem də olmalıdır. Torpaq islahatları sovetlər birliyində ilk dəfə Azərbaycanda həyata keçirildi. Bunun nəticəsində bu gün biz bol kənd təsərrüfatı məhsullarının şahidiyik. Nöqsanlar təbii ki, var və aradan qaldırılmalıdır. Ancaq bununla yanaşı biz görülən işləri də dəyərləndirməliyik. Rayonlarda quruculuq-abadlıq işləri aparılıb, yeni müəssisələr tikilib, yeni iş yerləri yaradılıb.

Biz bu gün ölkəmizin inkişafını qiymətləndirməliyik. Bu gün Azərbaycan təhlükəsizlik adasıdır. Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbaycanı gözü götürməyən qüvvələr olacaq və biz birlikdə bu qüvvələrə qarşı mübarizə aparmalıyıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024