Mobil versiya
Ehsan Zahidov: Qaydalara riyayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır
Tarix: 07-08-2020 | Saat: 11:24
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ehsan Zahidov:


Karantin qaydalarına riyayət etməklə, bütün çimərliklər vətəndaşların üzünə açıqdır.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, çimərliklərdə tələb olunan qaydalar isanların sağlamlığı üçün atılan addımlardı:

"Ümumi karantin qaydaları ilə bərabər çimərliklərdən istifadəyə dair də karantin qaydaları mövcuddur. Çimərliyə gələn hər bir şəxsdən bu qaydalara əməl etməsi tələb olunur. Əsas qaydalardan biri sosial məsafənin qorunmasıdır, bundan əlavə çimərliyə gələn vətəndaşlardan çox dərinliyə getməmək, suyun təhlükəli yerlərindən uzaq durmaq tələb olunur. Hər bir qaydalar insanların sağlamlığı və təhlükəsizliyi üçün atılan addımlardı. Karantin qaydalarına riyayət etməyən şəxslər barəsində polis tərəfindən tədbir görüləcək”.

Mətbuat xidmətinin rəisi əlavə edib ki, məhz ötən gün çimərlikdə xidmət aparan polis əməkdaşları suda boğulan iki nəfəri ölümdən xilas ediblər:

"Həmin hadisələrdən biri Buzovna qəsəbəsindəki çimərliyində baş verib. Polis əməkdaşı həmin ərazidə xidmət aparan zaman 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas olunub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024