Mobil versiya
Nazir: “2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərclər formalaşır”
Tarix: 04-08-2020 | Saat: 17:49
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Nazir:


"Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində sahibkarlara, əhalinin həssas qruplarına maliyyə dəstəyinin göstərilməsi, bank sahəsində kreditləşmə ilə bağlı güzəştlərin edilməsi nəzərdə tutulub”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, həmin tədbirlər planının icrası həyata keçirilməkdədir. Nazirin sözlərinə görə, büdcədənkənar fondlardan və müştərək maliyyələşmə mənbələrindən də vəsaitlər səfərbər olunub.

S.Şərifov deyib ki, dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manatdan çox vəsait ayrılıb.

"Yerdə qalan vəsaitin isə ilin sonuna kimi ayrılması nəzərdə tutulub. Bugünkü proseslərin gedişatı onu göstərir ki, gəlirlərimiz azalır, lakin pandemiyaya qarşı mübarizənin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyac yaranıb”, - deyəo əlavə edib.

Nazir qeyd edib ki, dövlət büdcəsinin xərcləri üzrə əlavə tələbat 1 milyard 372 milyon manat məbləğində qiymətləndirilir:

"Dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərclər formalaşır”.

Qeyd edək ki, Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dəyişiklik edilir.

Bu, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

Qeyd olunur ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon manat həcmində təsdiq edilə bilər.

Bundan əvvəl2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat olaraq təsdiqlənmişdi.

Həmçinin, dövlət büdcəsində neftin bir barelinin qiymətinin 55 dollardan 35 dollara endirilməsi təklif olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024