Mobil versiya
Tovuz sakinləri: “Biz sona qədər torpağımızda qalacağıq”
Tarix: 14-07-2020 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

Tovuz sakinləri:




"Tovuz rayonunun Ağdam kəndinin sakinləri 1992-ci ildən bəri dəfələrlə atəşkəsin pozulmasına baxmayaraq, buradadır. Ermənilərlə sonuna qədər mübarizə aparacağıq”.

Bunu "Real” TV-yə müsahibələrində kənd sakinləri deyib.

Onlar bildirib ki, kənd sakinləri heç nədən qorxmur:
"İyulun 12-dən ermənilər sərhəddə atəşkəsi pozdu. Başladılar ağır artilleriyadan atəş açmağa. Bir anda səs-küy yarandı. Hər kəs özünü bacardığı qədər qorumağa çalışır. Kənd camaatı evlərini tərk etmir, etməyəcək də. Biz sona qədər torpağımızda qalacağıq. Azərbaycan Ordusuna güvənirik. Bizim hərbçilərimiz onlardan qat-qat güclüdür. Artıq ermənilər layiqli cavablarını alıblar, almaqda da davam edirlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024