Mobil versiya
Rayon İcra Hakimiyyətinin başçısı növbəti videokonfrans keçirdi
Tarix: 07-07-2020 | Saat: 21:13
Bölmə:Ölkə | çapa göndər

Rayon İcra Hakimiyyətinin başçısı növbəti videokonfrans keçirdi






07 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirdi.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində dezinfeksiya tədbirlərinin aparılması, koronavirusla mübarizə ilə bağlı maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Rayon ərazisindən keçən respublika üçün strateji əhəmiyyətə malik olan hava elektrik verilişi xətlərinin altındakı mühafizə zonalarında yerləşən biçilmiş sahələrin şumlanması işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.
Videokonfrans zamanı rayon İcra Hakimiyyətinə, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşları onlayn qaydada dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024