Mobil versiya
Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - QƏRARGAH
Tarix: 05-04-2020 | Saat: 19:45
Bölmə:Manşet | çapa göndər

Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib




"Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".

Aia.Az-a bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib:

"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə