Bakı və Daşkəndin strateji inteqrasiyası: Türk Dünyasında yeni regional güc mərkəzi
Tarix: 24-08-2026 | Saat: 13:35
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Bakı ilə Daşkənd arasında münasibətlərin yalnız əldə olunan nəticələr baxımından deyil, qarşıdakı perspektivlər baxımından da böyük əhəmiyyət daşıdığını nümayiş etdirir. Dövlət başçıları arasında qarşılıqlı səfərlər, qəbul edilən mühüm qərarlar və yaradılan yeni əməkdaşlıq mexanizmləri əlaqələrin təsadüfi deyil, sistemli və ardıcıl xarakter daşıdığını göstərir. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması isə qarşılıqlı etimadın daha yüksək siyasi mərhələyə yüksəldiyini təsdiqləyir.
Lakin bu münasibətlərin gücü yalnız siyasi sənədlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarix və mədəni dəyərlər dövlətlərarası əməkdaşlığın möhkəm ictimai dayağını təşkil edir. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələr, media və ictimai təşkilatlar arasında əlaqələr, eləcə də şəhərlərarası əməkdaşlıq xalqların bir-birini daha yaxından tanımasına zəmin yaradır.
Münasibətlərin gələcəyi baxımından iqtisadi əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Son illərdə ticarət dövriyyəsinin sürətlə artması, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi qarşılıqlı iqtisadi marağın gücləndiyini göstərir. Burada əsas üstünlük ondan ibarətdir ki, tərəflər hazırkı göstəricilərlə kifayətlənmir, yeni əməkdaşlıq istiqamətləri axtarışını davam etdirirlər.
Nəqliyyat-logistika sahəsində də perspektivlər kifayət qədər genişdir. Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsi, Özbəkistanın isə Mərkəzi Asiyada strateji mövqeyə malik olması iki ölkəni regional bağlantıların inkişafında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni iqtisadi imkanlar açır.
Bu prosesdə Türk Dövlətləri Təşkilatının (TDT) rolu da getdikcə artır. Azərbaycan və Özbəkistanın təşkilat çərçivəsindəki fəal mövqeyi nəqliyyat, ticarət, investisiya, təhsil və mədəniyyət sahələrində çoxtərəfli əməkdaşlığın genişlənməsinə şərait yaradır. İkitərəfli münasibətlərin güclənməsi, beləliklə, daha geniş Türk dünyasının inteqrasiya prosesinə də müsbət təsir göstərir.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə münasibətlərinin dərinləşməsi yeni regional geostrateji mənzərənin formalaşmasına xidmət edir. Bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslandığı üçün davamlı və sabit xarakter daşıyır. Özbəkistanla münasibətlər isə bu siyasətin mühüm dayaqlardan biridir. Azərbaycanın Cənubi Qafqazdakı imkanları ilə Özbəkistanın Mərkəzi Asiyadakı potensialının birləşdirilməsi daha geniş iqtisadi və nəqliyyat məkanının yaranmasına zəmin yaradır.
Yekun olaraq, Bakı və Daşkənd arasında qurulan münasibətlər gələcəyə yönəlmiş strateji tərəfdaşlığın bariz nümunəsidir. Burada söhbət yalnız iki ölkənin yaxınlaşmasından deyil, yeni nəqliyyat-iqtisadi imkanların yaradılmasından, Türk dünyasının inteqrasiyasının gücləndirilməsindən və regionlar arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mühitinin genişləndirilməsindən gedir. Məhz buna görə Azərbaycan-Özbəkistan müttəfiqliyi gələcəkdə daha böyük siyasi və iqtisadi nəticələr doğuracaq mühüm regional amillərdən biri kimi qiymətləndirilməlidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026