Mobil versiya
Rusiya Xarkovu vurdu - 17 ölü
Tarix: 18-08-2026 | Saat: 12:17
Bölmə:Dünya | çapa göndər

Rusiya Xarkovu vurdu - 17 ölü


Rusiya Ukraynanın Xarkov vilayətinin Peçeniqi bölgəsinə raket zərbəsi endirib.

“aia.az” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Xəsarət alan daha 8 nəfərə tibbi yardım göstərilib.

Bundan başqa, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı 7 avtomobil zədələnib. Hazırda hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026