Ana Sayfa > Ölkə > Ən gənc general-leytenant oldu
Ən gənc general-leytenant olduBu gün, 14:00. Yazar: vasif |
![]() Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib. “aia.az” xəbər verir ki, rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusi diqqət çəkir. Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ən gənc yaşda general-leytenant olan zabit kimi önə çıxır. Belə ki, ölkəmizdə daha əvvəl 39 yaşında bu rütbəyə yüksələn şəxs olmayıb. Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq. Geri dön |