“Metro bağlanırsa, tələbələrə gedişhaqqı güzəşti verilməlidir” – TƏKLİF
Tarix: 10-08-2026 | Saat: 17:19
Bölmə:Ölkə | çapa göndər

Bakı metrosunun “Nizami-28 May” stansiyaları arasında qatarların hərəkətinin 10-11 ay müddətində dayandırılması paytaxtda gündəlik nəqliyyat axınına ciddi təsir göstərə bilər. Xüsusilə bu marşrutdan mütəmadi istifadə edən tələbələr üçün alternativ nəqliyyat vasitələrinə keçid həm vaxt itkisi, həm də əlavə maliyyə yükü yarada bilər.
Metroda bir gedişlə qət edilən məsafənin əvəzinə bir neçə avtobusdan istifadə zərurəti yarandığı halda tələbələrin gündəlik nəqliyyat xərclərinin artması mümkündür. Bu isə onsuz da təhsil, kirayə, qidalanma və digər xərclərlə üzləşən tələbələr üçün əlavə yük deməkdir.
Belə olan halda maraqlı sual yaranır: metroda təmir işlərinin aparıldığı müddətdə həmin ərazidən istifadə edən tələbələr üçün xüsusi nəqliyyat güzəştləri tətbiq edilə bilərmi? Müvəqqəti olaraq tələbələr üçün daha ucuz gedişhaqqının müəyyənləşdirilməsi və ya xüsusi güzəştli tarifin tətbiqi mümkün görünürmü?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı bu məsələdə tələbələrə güzəşt edilməsinin mümkün olduğunu deyib: “Bəli, təbii ki, tətbiq olunmalıdır. Dünyanın hər yerində tələbələr üçün xüsusi, özəl endirimlər var. Bundan əlavə, biz illərdir təklif edirik ki, saat hesablı biletlər satılsın. Yəni bir saatlıq bilet zamana bağlı olmalıdır. Bir saatlıq bilet satılanda sən metrodan düşüb avtobusa da həmin biletlə minə bilməlisən. Dünyanın hər yerində belə sistem var.
Ən çox bəyəndiyim nəqliyyat sistemlərindən biri, məsələn, Praqadadır. Orada ictimai nəqliyyat çox rahat işləyir və tramvay, avtobus, metro – hamısında eyni bilet sistemi tətbiq olunur. Bu, zamana bağlı biletlərdir. Tələbələr üçün xüsusi endirimlər var, təqaüdçülər üçün, şagirdlər üçün xüsusi güzəştlər tətbiq olunur.
Bizdə isə birdəfəlik gediş haqqı müəyyənləşdirilir. Nə məsafə nəzərə alınır, nə zaman nəzərə alınır, nə ödənişlərin məbləği və qrafiki nəzərə alınır. Yəni bu, doğru, effektiv sistem deyil”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2026