Mobil versiya
Susuzluq Ucarda həyatı iflic edib
Tarix: 04-08-2026 | Saat: 17:44
Bölmə:Ölkə | çapa göndər

Susuzluq Ucarda həyatı iflic edib


Ucar rayonunun təxminən 4 min nəfər əhalisi olan Alpout kəndində uzun illərdir su problemi davam edir. Sakinlər bildirirlər ki, həm içməli, həm də əkin sahələrinin suvarılması üçün su qıtlığı gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirir.
aia.az Milli.az-a istinadən xəbər verir ki, onların sözlərinə görə, arx suyu əsasən əkin sahələrinə yönəldildiyindən kəndə ya ümumiyyətlə su çatmır, ya da ayda cəmi bir neçə dəfə verilir. Bu vəziyyət su üstündə mübahisələrə, hətta xəsarətlə nəticələnən insidentlərə səbəb olur.

Kənd sakinləri bildiriblər ki, hazırkı isti havalarda nə öz ehtiyaclarını, nə də heyvanların su tələbatını qarşılaya bilirlər. Onlar problemin həlli üçün aidiyyəti qurumların təxirəsalınmaz tədbirlər görməsini istəyirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2026