Azərbaycan-Qırğızıstan əlaqələri son dörd ildə keyfiyyətcə tamamilə yeni dinamika qazanıb
Tarix: 01-08-2026 | Saat: 10:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə Mərkəzi Asiya regionunun geostrateji mənzərəsi kontekstində mühüm tarixi mərhələ hesab olunmalıdır. Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və eyni zamanda Azərbaycanın Mərkəzi Asiya dövlətləri başçılarının qeyri-rəsmi görüşündə iştirakı Bakının son illərdə yürütdüyü məqsədyönlü xarici siyasət kursunun Mərkəzi Asiya vektoru ilə tam üst-üstə düşdüyünü nümayiş etdirir. Bu addım diplomatiya iyerarxiyasında ən yüksək pillə olmaqla yanaşı, iki ölkə arasında formalaşmış dərin etimadın və strateji tərəfdaşlığın məntiqi nəticəsidir.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Onun sözlərinə görə, tarixən ortaq köklərə, mədəni dəyərlərə və qarşılıqlı hörmətə söykənən Azərbaycan-Qırğızıstan əlaqələri son dörd ildə keyfiyyətcə tamamilə yeni dinamika qazanıb. Coğrafi sərhədlərin olmamasına baxmayaraq, dövlət başçıları səviyyəsində həyata keçirilən sıx təmaslar — dörd il ərzində baş tutan 13 görüş — siyasi iradənin konkret qərarlara çevrilməsini təmin edib. Yüksək Dövlətlərarası Şuranın yaradılması, birgə İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması və Qırğızıstan tərəfindən Ağdamda məktəb inşası kimi layihələr göstərir ki, tərəflər bəyanatlardan praktiki əməkdaşlıq müstəvisinə sürətlə keçid ediblər.
"Müttəfiqlik müqaviləsi həm də Azərbaycanın Türk dünyasının inteqrasiyasına dair geostrateji baxışının mühüm halqasıdır. Türkiyə ilə Şuşa Bəyannaməsi, Qazaxıstan və Özbəkistan ilə analoji müttəfiqlik sənədlərindən sonra Bişkeklə bu formatın tamamlanması Türk Dövlətləri Təşkilatı çərçivəsində ikitərəfli dayaqları daha da möhkəmləndirir. Çoxbalanslı institutların formalaşması vaxt tələb etdiyi bir halda, ikitərəfli müttəfiqlik sazişləri mexanizmləri dərhal işə salmağa və təhlükəsizlikdən iqtisadiyyata qədər bütün sahələrdə vahid mövqedən çıxış etməyə imkan verir", - deyə deputat əlavə edib.
Kamran Bayramov qeyd edib ki, iqtisadi göstəricilər də siyasi dialoqun arxasınca sürətlə irəliləyir. Ticarət dövriyyəsinin iki dəfəyə yaxın artaraq 77 milyon dolları ötməsi, eləcə də Azərbaycan kapitalının İssık-Kulun turizm və infrastruktur layihələrinə yönəldilməsi uzunmüddətli investisiya etimadının göstəricisidir. Birgə İnkişaf Fondu xüsusi özəl təşəbbüsləri gözləmədən birbaşa iri layihələri maliyyələşdirən effektiv katalizator rolunu oynayır. Əməkdaşlığın ən kritik istiqamətlərindən birini isə nəqliyyat və tranzit dəhlizləri təşkil edir. Açıq dənizə çıxışı olmayan Qırğızıstan üçün Azərbaycanın dəniz və dəmir yolu infrastrukturu, xüsusən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars xətti Avropa bazarlarına çıxışda ən qısa və etibarlı qapıdır. Orta Dəhlizin artan geosiyasi əhəmiyyəti fonunda Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əvəzsiz geoiqtisadi qovşaq statusunu daha da möhkəmləndirir.
Deputatın fikrincə, Bakı və Bişkek arasında qurulan müttəfiqlik münasibətləri epizodik diplomatik gediş deyil, regional təhlükəsizliyi, iqtisadi inteqrasiyanı və Türk dünyasının birliyini hədəfləyən uzunmüddətli geostrateji arxitekturanın ayrılmaz tərkib hissəsidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-08-2026
31-07-2026