Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”
Tarix: 28-07-2026 | Saat: 10:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Keçmiş SSRİ-nin mövcud olduğu 70 il ərzində bu imperiyanın rəhbərliyinin səylə nail olmağa çalışdığı əsas məqsədlərdən biri də kommunizm ideologiyasının tərkib hissəsi olan beynəlmiləlçilik siyasətini həyata keçirmək idi. Bu siyasətin əsas tələblərindən biri də sovet cəmiyyətinin vahid xalq-vahid dil prinsipi üzərində formalaşdırılmasından ibarət idi. Bununla SSRİ rəhbərliyi müttəfiq respublikaların xalqlarına onların milli kimliklərini unutdurmaq və beləliklə də gələcəkdə həmin respublikalarda baş verə biləcək milli-azadlıq hərəkatları dalğasından imperiyanı sığortalamaq məqsədi güdürdü. Məhz bu məqsədlə ardıcıl hücumlar üçün edilmiş əsas hədəflərlədən biri də milli dillər idi. 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Məhz belə bir mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi məqsədilə böyük risklərə bağlı olan gərgin fəaliyyətə başladı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” 27 aprel 1978-ci il tarixində isə həmin maddə Azərbaycan SSR Konstitusiyasına əlavə olunmuşdur. Ulu Öndərimizin gördüyü bu işlər, birmənalı olaraq, xalqın xilaskar oğlunun öz Vətəni qarşısında olan misilsiz xidmətlərindəndir.”
Bu sözlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a açıqlamasında yer alıb.
Fikirlərini davam etdirən millət vəkili xüsusi olaraq vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri, fədakar fəaliyyəti nəticəsində Azərbaycan dili sovetlər dönəmində unudulmaq və məhv olmaq təhlükəsindən xilas ola bildi: “Bir sıra digər ittifaq respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin məhz ana dilində təhsilinə üstünlük verilməsi də birbaşa Ümummilli Liderimizin yürütdüyü dil siyasətinin nəticəsi idi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün respublikamızda mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbu orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Ümummilli Liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Uzun illər sonra, artıq müstəqil Azərbaycanda ana dilimiz sözün əsil mənasında özünün dövlət dili hüquqlarına sahib olduğu dövrdə Ümummilli Lider söylədiyi tarixi nitqlərindən birində belə demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.” 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, bu mövzuda gərgin müzakirələr aparılmışdı. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bu gün artıq bütün dünya bizim doğma ana dilimizi həm də işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-07-2026
27-07-2026