Mobil versiya
PSJ-nin futbolçusu "Liverpul"un hədəfində
Tarix: 23-07-2026 | Saat: 18:00
Bölmə:İdman | çapa göndər

PSJ-nin futbolçusu "Liverpul"un hədəfində

İngiltərənin "Liverpul" komandası Fransa millisinin və PSJ-nin futbolçusu Bredli Barkolyanın transferinə ən ciddi maraq göstərən komandadır.

aia.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 23 yaşlı cinah hücumçusu hazırda Paris klubu ilə yeni müqavilə imzalanması istiqamətində danışıqlar aparmır. Onun klubla mövcud sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bredli Barkolya Fransanın "Lion" klubunun yetirməsidir. O, 2023-cü ilin avqustunda PSJ-yə transfer olunub. Futbolçunun transfer dəyəri 90 milyon avro qiymətləndirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2026