Milli mətbuatın 151 illik inkişaf yolu: dövlətçilik ənənələrinin və milli həmrəyliyin möhkəmlənməsində medianın rolu
Tarix: 21-07-2026 | Saat: 09:50
Bölmə:Siyasət | çapa göndər

Hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan milli mətbuatının banisi, böyük maarifçi və görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlanğıcını götürür. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqımızın milli oyanışında, maariflənməsində və milli mətbuat ənənələrinin formalaşmasında müstəsna rol oynadı. Həmin dövrdə əsası qoyulan milli mətbuat məktəbi sonrakı mərhələlərdə Azərbaycan cəmiyyətinin inkişafında mühüm ideoloji və mənəvi dayaqlardan birinə çevrildi.Azərbaycan milli mətbuatı keşməkeşli, eyni zamanda şərəfli inkişaf yolu keçərək bu gün müasir informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Tarixin müxtəlif dövrlərində ölkəmizdə baş verən ictimai-siyasi proseslər, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan mətbuatı öz üzərinə düşən məsuliyyətli missiyanı layiqincə yerinə yetirib.
Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, informasiya mühitində hökm sürən xaos, söz və məlumat azadlığının düzgün tənzimlənməməsi medianın inkişafına da mənfi təsir göstərirdi. Lakin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafı istiqamətində də əsaslı islahatlara başlanıldı.Ümummilli Lider Heydər Əliyev hər zaman azad mətbuatın demokratik cəmiyyətin vacib institutlarından biri olduğunu vurğulayırdı. Onun təşəbbüsü ilə Azərbaycanda söz və fikir azadlığının təmin olunması, medianın hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edildi. 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu. Bu addım ölkəmizdə azad və müstəqil mətbuatın inkişafı üçün yeni imkanlar yaratdı, jurnalistlərin fəaliyyətinin daha sərbəst və peşəkar əsaslarla qurulmasına şərait formalaşdırdı.Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətində də medianın inkişafı prioritet istiqamətlərdən biridir. Dövlət başçısının rəhbərliyi ilə informasiya təhlükəsizliyinin gücləndirilməsi, müasir media mühitinin formalaşdırılması, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və milli informasiya məkanının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması, media qanunvericiliyinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması üçün yaradılan imkanlar dövlətin mediaya göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu islahatlar nəticəsində ölkəmizdə daha məsuliyyətli, peşəkar və milli maraqları əsas tutan media mühiti formalaşmaqdadır.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası özünün ən məsuliyyətli sınaqlarından birini uğurla verdi. İnformasiya müharibəsində jurnalistlərimiz operativlik, obyektivlik və yüksək peşəkarlıq nümayiş etdirərək erməni təbliğatının saxta iddialarını faktlarla ifşa etdilər. Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr isə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm rol oynadı. Bu prosesdə milli media dövlətlə cəmiyyət arasında etibarlı informasiya körpüsü kimi çıxış etdi.İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış Proqramının, həyata keçirilən infrastruktur layihələrinin və əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında da milli media xüsusi rol oynayır. Jurnalistlər azad olunmuş ərazilərdən hazırladıqları reportajlar, analitik yazılar və televiziya proqramları vasitəsilə Azərbaycanın yeni inkişaf mərhələsini dünya ictimaiyyətinə təqdim edirlər.Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı medianın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Rəqəmsal platformaların geniş yayılması, sosial media resurslarının təsir imkanlarının artması peşəkar jurnalistikanın məsuliyyətini daha da artırır. Belə bir şəraitdə obyektivlik, operativlik, dəqiqlik və milli maraqların qorunması media fəaliyyətinin əsas prinsipləri olaraq qalır. Azərbaycanın milli mediası da bu çağırışlara uyğun olaraq daim yenilənir, müasir texnologiyaları tətbiq edir və beynəlxalq informasiya məkanında mövqeyini gücləndirir.Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan sözünün, milli düşüncəsinin və dövlətçilik ideyalarının təntənəsidir. Bu gün media nümayəndələrinin cəmiyyət qarşısında daşıdığı məsuliyyət daha da artır. Çünki informasiya təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, dövlətin həyata keçirdiyi siyasətin düzgün və obyektiv şəkildə ictimaiyyətə çatdırılması müasir medianın əsas vəzifələrindəndir.
Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolu ərzində böyük sınaqlardan keçərək bu gün ölkəmizin ictimai-siyasi həyatının mühüm institutlarından birinə çevrilmişdir. Dövlətin mediaya göstərdiyi davamlı dəstək, həyata keçirilən islahatlar və yaradılan geniş imkanlar milli mətbuatımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan mediası bundan sonra da milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, cəmiyyətin obyektiv məlumatlandırılması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində öz məsuliyyətli missiyasını uğurla davam etdirəcək.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026