Mobil versiya
Təbii yolla eyni yumurta dördəmi dünyaya gətirdi - Avstraliyada ilk dəfə
Tarix: 21-07-2026 | Saat: 08:49
Bölmə:Dünya | çapa göndər

Təbii yolla eyni yumurta dördəmi dünyaya gətirdi -

Avstraliyanın Kvinslend ştatında yaşayan 34 yaşlı Cenitar Naamoana təbii yolla tək yumurta dördəmləri dünyaya gətirib.

aia.az “ABC News”a istinadən xəbər verir ki, Brisben sakini Naamoana iyulun 14-də dörd körpə dünyaya gətirib.

Körpələr 28 həftə 4 günlük doğulsalar da, həkimlər onların vəziyyətinin stabil olduğunu bildiriblər.

Hamiləliyə nəzarət edən həkim Aleksa Bendall bunun “çox riskli və son dərəcə nadir” monoziqotik dördəm hamiləliyi olduğunu deyib. Belə hallarda mayalanmış bir yumurta inkişaf prosesində dörd ayrı embriona bölünür.

Qeyd edilib ki, monoziqotik dördəm hamiləliklər təxminən 15 milyon hamiləlikdən birində baş verir. Bundan əlavə, dördəmlərin eyni plasentanı paylaşması da olduqca nadir hadisə hesab olunur.

Ümumilikdə səkkiz uşaq anası olan Naamoananın həkimi bildirib ki, Avstraliyada indiyədək buna bənzər hadisə qeydə alınmayıb.

Körpələrin sağlam olduğu qeyd edilsə də, onların bir müddət həkim nəzarəti altında xəstəxanada qalacağı bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026