Mobil versiya
Qalibaf: “İsveçrəyə getməsəydik, daha çox qan töküləcəkdi”
Tarix: 23-06-2026 | Saat: 21:27
Bölmə:Özəl | çapa göndər

Qalibaf: “İsveçrəyə getməsəydik, daha çox qan töküləcəkdi”




İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İsveçrədə keçirilən danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.

Qalibaf sosial şəbəkə hesabında paylaşdığı mesajda bəzi şəxslərin Mehrabad hava limanının bağlanmasını və İran nümayəndə heyətinin İsveçrəyə getməməsini istədiklərini bildirib.

Onun sözlərinə görə, həmin şəxslər danışıqların aparılmasının əleyhinə olsalar da, mövcud vəziyyət fərqli qərar qəbul etməyi zəruri edib.

“Televiziya proqramlarından birində onların Mehrabad hava limanının bağlanmasını və danışıqlar qrupunun İsveçrəyə getməməsini arzuladıqlarını gördüm. Mən həmin əziz insanlara deyirəm ki, əgər biz İsveçrəyə getməsəydik, Livandakı müsəlmanların və şiələrin qanı hər an daha çox töküləcəkdi”, – deyə Qalibaf vurğulayıb.

İran parlamenti sədrinin bu açıqlaması regionda davam edən gərginlik və diplomatik təşəbbüslərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qalibaf danışıqların məqsədinin daha böyük humanitar fəlakətin qarşısını almaq olduğunu qeyd edib.

Xatırladaq ki, İsveçrədə İran, ABŞ və Qətər nümayəndələri arasında Livanda atəşkəsin təmin olunması və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması ilə bağlı üçtərəfli danışıqlar keçirilib. Tərəflər arasında əldə olunan razılaşmaların regionda gərginliyin azaldılmasına necə təsir göstərəcəyi isə yaxın dövrdə daha aydın görünəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2026