Mobil versiya
"Oğlanların iş tapmasında ciddi problem var" - Deputat
Tarix: 26-05-2026 | Saat: 12:33
Bölmə:Parlament / Manşet | çapa göndər

"Oğlanların iş tapmasında ciddi problem var" -

"Evliliklərin sayı azalır, əvəzində boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır. Yəni, bunun səbəbləri dövlət komitəsində araşdırılıb? Bununla bağlı hökumətə hər hansı təkliflər göndərilib?"

aia.azxəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Ailə zorakılığından danışdıq. Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax bu məişət zorakılığının bir kökü oradan başlayır. Bunun təkcə maarifləndirmə ilə qarşısını almaq mümkün deyil. Müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdır. Tək qadınlar deyil, elə gənc oğlanların iş tapmasında ciddi problem var. Təəssüf ki, bizim gənclərimiz hərbi xidməti başa vurduqdan sonra ölkəni tərk edərək iş dalınca başqa ölkələrə gedirlər. Ailə quranların sayının azalamsının səbəblərindən biri də budur. Köklü iqtisadi islahatlar aparmadan, ciddi sosial proqramlar həyata keçirilmədən bu problemlərə qarşı müabrizə həyata keçirə bilməyəcəyik. Selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr övladlarından imtina edirlər", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2026