ABŞ Senatı Trampı "vurdu", əl-qolunu "bağladı": Yaxın Şərqdə hərbi-siyasi məğlubiyyət qərarı verildi
Tarix: 23-05-2026 | Saat: 20:24
Bölmə:Dünya | çapa göndər

Ağ Ev Senatın qərarından yayınmağı bacarmazsa, hərbi əməliyyatları bərpa hüququnu itirmiş ABŞ qarşı tərəfə öz şərtlərini qəbul etdirə bilməyəcək... Ona görə də, ABŞ Yaxın Şərqdə əslində, hazırda tam sülh sazişinə deyil, hələlik daha çox "müvəqqəti çərçivə anlaşması"na cəhd göstərir...
Yaxın Şərq savaşı ilə bağlı ABŞ “müvəqqəti sülh” variantına çıxış axtarmağa başlayıb. Ancaq buna paralel olaraq, qarşı tərəf isə indi daha çox yeni savaş mərhələsinə hazırlaşır. Halbuki, Yaxın Şərq savaşı həm ABŞ, həm də İran üçün etiraf edilməsə belə, onmilyardlarla dollara və ağır hərbi itkilər hesabına başa gəlməkdədir. Və bütün bunlar hazırda Yaxın Şərqdə yeni geostrateji mərhələnin əsas konturlarını formalaşdırmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Ağ Evin rəsmi Tehranla bağlı siyasi ritorikasında hələlik “diplomatik razılaşma”, “Hörmüz boğazının açılması” və “İranın nüvə proqramından imtinası” kimi mesajlar daha ön plana çıxmaqdadır. Düzdür, bu, ilk baxışdan hərbi-siyasi qarşıdurmada nisbi yumşalma təəssüratı yaradır. Ancaq Yaxın Şərqdə baş verənlər isə əslində, tamamilə fərqli səhnəarxası proseslərin getdiyini də sezdirir. Çünki həm ABŞ, həm də İran hazırkı atəşkəsi uzunmüddətli sülh deyil, məhz daha böyük geopolitik qarşıdurma öncəsi "taktiki fasilə" kimi dəyərləndirir.
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubionun İranla razılaşma əldə etmək istədiklərini bəyan etməsi Ağ Evin əsas prioritetlərini də açıq şəkildə göstərir. Belə ki, hazırda ABŞ üçün əsas hədəflərdən biri məhz Hörmüz boğazında təhlükəsizliyi bərpa etməkdir. Çünki qlobal enerji dövriyyəsində önəmli paya malik olan bu strateji dəniz marşrutu ətrafında yaranmış hərbi-siyasi gərginlik dünya bazarlarında ciddi təlatümlərə səbəb olub. Belə ki, neftin qiymətlərindəki dalğalanmalar, sığorta xərclərinin artması və Körfəzin tankerlərlə daşımalar üçün ciddi risk zonasına çevrilməsi ABŞ və Qərb ölkələrinin iqtisadiyyatında milyardlarla dollar əlavə xərc yükü yaradıb.
ABŞ-ın digər əsas hədəfi isə İranın nüvə proqramını tam nəzarət altına almaqdır. Ağ Evdə hesab edirlər ki, rəsmi Tehran son illərdə həm uranın zənginləşdirilməsi imkanlarını gücləndirib, həm də "regional müttəfiq şəbəkəsi" vasitəsilə Yaxın Şərqdə İranın təsir dairəsini ciddi şəkildə genişləndirib. Və bu baxımdan, hazırda ABŞ və İsrail üçün əsas təhlükə məhz İranın “strateji çəkindirmə sistemi”nin daha da güclənməsidir.
Ancaq rəsmi Tehranın Ağ Evdən gələn təkliflərə reaksiyası onu göstərir ki, İran indiki mərhələdə ABŞ-ın şərtlərini qəbul etməyə hələ hazır deyil. İran Xarici İşlər Nazirliyinin “ABŞ-la razılaşmanın yaxın olduğunu demək mümkün deyil” açıqlaması da qarşıduran tərəflər arasında dərin etimadsızlığın davam etdiyini göstərir. Üstəlik, İranın siyasi elitası üçün bu kəskin qarşıdurma yalnız nüvə proqramı deyil, həm də regional nüfuzun və hakimiyyət modelinin qorunması baxımından da böyük əhəmiyyət daşıyır.
Bütün bunlara paralel olaraq, İran parlamentinin sədri Məhəmməd Qalibafın son bəyanatı isə rəsmi Tehranın hərbi hazırlıq səviyyəsini açıq şəkildə nümayiş etdirdi. O, bildirib ki, həm gizli, həm də açıq fəaliyyətlər düşmənin yeni müharibəyə hazırlaşdığını göstərir. Ona görə də, İran Silahlı Qüvvələri mövcud atəşkəsdən döyüş potensialını bərpa etmək üçün istifadə edib. Və bu mesaj əslində, İranın qarşıdakı mərhələdə mümkün genişmiqyaslı qarşıdurmanı real ssenari kimi qəbul etdiyini təsdiqləyir.
Maraqlıdır ki, hazırda qlobal məkanda ABŞ-ın Yaxın Şərq savaşına görə üzləşdiyi böyük maliyyə yükü və hərbi itkilər də ciddi müzakirə mövzusudur. Bəzi hərbi-analitik mərkəzlərin hesablamalarına görə, ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarının, əlavə qüvvə yerləşdirmələrinin, dəniz blokadasının və raket-hava hücumlarının ümumi dəyəri artıq 70 milyard dolları aşıb. Pentaqonun isə regiona əlavə hərbi kontingent, hava hücumundan müdafiə sistemləri və dəniz qüvvələri göndərməsi, ABŞ hərbi bazalarının təhlükəsizliyinin gücləndirilməsi, logistika xərcləri və s. ümumi maliyyə yükünü daha da artırıb.
Bütün bunlarla yanaşı, ABŞ Yaxın Şərqdə yalnız maliyyə deyil, hərbi baxımdan da ciddi itkilərlə üzləşir. Belə ki,son aylarda İranın dəstəklədiyi silahlı qruplar ABŞ bazalarına və hərbi obyektlərinə hücumlar ediblər. ABŞ hərbi infrastrukturu pilotsuz aparat, raket və dəniz dron hücumlarına qarşı əvvəlki illərlə müqayisədə daha həssas vəziyyətə düşüb. Və məhz bütün bu itkilər səbəbdən ABŞ Senatında Yaxın Şərqdə müharibənin dayandırılması barədə qətnamənin ilk dəfə dəstək qazanması qətiyyən təsadüfi deyil.
Onu da qeyd etmək lazımdır ki, bundan əvvəlki yeddi analoji cəhdin uğursuzluğa düçar olmasına baxmayaraq, indi artıq 50 senatorun həmin sənədi dəstəkləməsi ABŞ siyasi elitasında ciddi siyasi parçalanma olduğunu göstərir. ABŞ siyasi elitasının müəyyən hissəsi hesab edir ki, Yaxın Şərqdə uzunmüddətli hərbi qarşıdurma iqtisadi baxımdan, ağır nəticələr doğura bilər. Və eyni zamanda bu savaşın ABŞ-ın həm Çin, həm də Rusiya ilə qlobal rəqabət imkanlarını zəiflətməyə başladığı da inkaredilməz reallıqdır.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp hüquqi məhdudiyyət problemi ilə də üzləşib. Belə ki, 1973-cü ilin Hərbi Səlahiyyətlər Qanununa görə, ABŞ prezidenti Konqresin razılığı olmadan maksimum 60 gün ərzində hərbi əməliyyatlar apara bilər. Və məhz buna görə də Ağ Ev mayın 1-də formal da olsa, “İranla müharibənin başa çatdığını” elan etmək məcburiyyətində qaldı.
Ancaq buna baxmayaraq, ABŞ faktiki olaraq, hərbi təzyiq siyasətini davam etdirir. Hər halda, İran limanlarının blokadası, dəniz əməliyyatları və hərbi zərbələr tam dayandırılmayıb. Bu isə onu göstərir ki, Ağ Ev hazırda “nə tam müharibə, nə də tam sülh” modelini tətbiq etməyə çalışır. Belə ki, ABŞ bir tərəfdən İranı iqtisadi, hərbi və siyasi baxımdan, ciddi şəkildə zəiflətmək istəyir. Və eyni zamanda Yaxın Şərqdə böyük, həm də nəzarətdən çıxma ehtimalı olan müharibənin başlanma təhlükəsindən ehtiyat edir.Ona görə də, ABŞ məhz Pakistan, Qətər və digər regional vasitəçilər üzərindən təcili şəkildə "müvəqqəti sülh razılaşması" əldə etməyə çalışır. Əslində, elə bu ölkələr də anlayırlar ki, ABŞ və İsrailin İrana qarşı yeni zərbələri regionu tammiqyaslı "savaş bataqlığı"na çevirə bilər. Belə bir ssenaridə isə Hörmüz boğazının bağlı qalması dünya enerji bazarlarında dərin böhran yaradar, qlobal inflyasiyanı sürətləndirər və beynəlxalq iqtisadi sistemi yeni sarsıntılara məruz qoyar.
Göründüyü kimi, hazırda ABŞ və İran arasında müzakirə olunan variant əslində, tam sülh sazişi deyil. Yəni, indi daha çox müvəqqəti çərçivə anlaşmasına cəhd göstərilir. Bu model isə Ağ Evə atəşkəsin uzadılması və məhdud deeskalasiya mexanizmlərinin yaradılması sayəsində daha genişmiqyaslı danışıqlar üçün əlavə vaxt qazandıra bilər. Çünki ABŞ-ın əsas geostrateji hədəfləri sırasında İranın nüvə proqramının və regional hərbi təsir mexanizmlərinin ciddi şəkildə məhdudlaşdırılması xüsusi yer tutur.
Ancaq belə anlaşılır ki, rəsmi Tehran isə İranın nüvə proqramını, regional müttəfiqlər sistemini və strateji çəkindirmə imkanlarını qorumaqda israrlıdır. Bu baxımdan, hazırkı siyasi-diplomatik fəallıq əslində, davamlı sülhə deyil, daha təhlükəli qarşıdurma mərhələsinin təxirə salınmasına xidmət edir. Bununla belə, ABŞ Senatının son qərarı Tramp administrasiyasının "danışıqlar masası"nda əlini ciddi şəkildə zəiflədir.
Çünki Tramp administrasiyası bu qərardan yayınmağı bacarmazsa, onda Ağ Ev hərbi əməliyyatları bərpa etmək hüququndan məhrum olunduğu üçün qarşı tərəfə öz şərtlərini qəbul etdirə bilməyəcək. Bu isə o deməkdir ki, ABŞ Senatı indiki situasiyada əslində, müəyyən mənada, Tramp administrasiyası üçün hərbi-siyasi məğlubiyyət qərarı verib. Və ABŞ-ın belə şəraitdə Yaxın Şərqdə öz hədəflərinə çatmaq üçün necə davranmağı da böyük maraq doğurur.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2026