Kobaxidzedən GÖZLƏNİLMƏZ AÇIQLAMA – Paşinyanın dediyini canlı efirdə AÇDI
Tarix: 21-05-2026 | Saat: 19:17
Bölmə:Özəl | çapa göndər

Kobaxidze canlı efirdə səsləndirdiyi fikirlərlə regionda diqqət çəkən mesajlar verib.
İmedi TVnin efirində danışan Kobaxidze bəzi xarici dairələrin Gürcüstan və Ermənistanı qarşı-qarşıya qoymağa çalışdığını bildirib.
Baş nazir vurğulayıb ki, Gürcüstan Ermənistanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir və iki ölkə arasında nifaq yaratmaq cəhdləri nəticə verməyəcək.
Kobaxidze çıxışında diqqətçəkən başqa bir detalı da açıqlayıb. Onun sözlərinə görə, Nikol Paşinyan etiraf edib ki, Gürcüstan olmasaydı Ermənistanın Avropaya inteqrasiyasından danışmaq mümkün olmazdı.
Bu açıqlama regionda Gürcüstanın geosiyasi və tranzit əhəmiyyətinin nə qədər böyük olduğunu yenidən gündəmə gətirib.
Analitiklər hesab edirlər ki, Kobaxidzenin mesajı həm Qərbə, həm də region daxilində aparılan siyasi təsir oyunlarına ünvanlanmış ciddi siqnaldır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər