Mobil versiya
"Bu, insan alveri qurbanlarının sayının azalmasına gətirib çıxara bilər" - Deputat
Tarix: 12-05-2026 | Saat: 12:51
Bölmə:Parlament | çapa göndər

"Bu, insan alveri qurbanlarının sayının azalmasına gətirib çıxara bilər" -

"Azərbaycan polisi ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Ali Baş Komandan İlham Əliyev daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirib, polis əməkdaşlarının dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını dəfələrlə qeyd edib".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, işğaldan azad edilmiş torpaqlarda dövlətin suverenliyinin bərpası və ictimai təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisi xüsusi töhfəyə malikdir:

"Məlumatdan göründüyü kimi, insan alverinə qarşı mübarizədə 2025-ci ildə ciddi uğurlara imza atılıb. 2025-ci ildə diqqəti çəkən ən vacib istiqamətlərdən də biri də maarifləndirmə, təlim və treyninqlərə xüsusi diqqətin ayrılmasıdır. İnsan alveri cinayətlərinin sayında 2025-ci ilin yekununda 2024-cü il ilə müqayisəə azalmanın qeydə alınması müsbət məqamdır. Burada həmçinin, həyata keçirilən maarifləndirmə tədbirlərinin təsirlərini də qeyd etmək lazımdır. Azalma dinamikası özünü məhkəmə məsuliyyətinə cəlb edilmiş insan alvericilərinin sayında da göstərib. İnsan alverinə qarşı mübarizə vacib istiqamətlərdən biri də məcburi əməyin qarşısının alınmasıdır. Bu sahədə qanuverici baza möhkəmləndirilməklə yanaşı, qeyri-leqal məşğulluğun da səviyyəsi azaldılmaqdadır. Bu baxımdan, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalmaqdadır. Hazırda 1 milyon 784 min vətəndaşımız əmək müqaviləsi ilə çalışır ki, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Son 1 ildə özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayı 33 min nəfər artıb. Bu isə məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı aparılan islahatların nəticəsi kimi xarakterizə edilir.

Hesabatda qeyd edildiyi kimi, insan alveri cinayətlərinin 97 faizinin açılması bu sahədə həyata keçirilən peşəkar fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Milli Fəaliyyət Planı çərçivəsində insititusional və struktur əməkdaşlığının gücləndirilməsi vacib istiqamətlərdəndir. Bu sahədə fəaliyyətlərin sistemləşdirilməsi və güclü koordinasiya insan alveri qurbanlarının sayının daha da azalmasına gətirib çıxara bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2026